Azərbaycan və İran Aslanduz-Horadiz sərhəd keçid məntəqələrinin açılması ilə bağlı razılıq əldə ediblər. Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda səfərdə olan İranın rabitə və informasiya texnologiyaları naziri, iqtisadi əməkdaşlıq üzrə İran-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Mahmud Vaezi bildirib.
Mahmud Vaezi əlavə edib ki, gömrük məntəqəsinin açılması üçün infrastruktur işləri və yolların çəkilməsi ilə bağlı işlər yaxın zamanda başlayacaq.
O həmçinin Astara sərhəd keçid məntəqəsində ikinci körpünün tikintisi üçün iki ölkə arasında razılıq əldə olduğunu bildirib.
Eyni zamanda İran və Azərbaycan Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi işlərinin sürətləndirilməsi ilə bağlı razılıq əldə ediblər.


Şərhlər