Menu

Baş prokurorun birinci müavini xaricə qaçarkən tutuldu

26.10.2018, 14:39
Baş prokurorun birinci müavini xaricə qaçarkən tutuldu

Rüşvət almaqda şübhəli bilinən Başqırdıstan prokurorunun birinci müavini Oleq Qorbunov xaricə qaçmağa cəhd edərkən Moskvada saxlanılıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.

O.Qorbunovun həmkarı, cinayət-prosesual və əməliyyat-axtarışa nəzarət üzrə idarə rəisinin müavini Artur Şaretdinova qarşı da eyni ittihamla cinayət işi başlanılıb.

İstintaq materiallarına əsasən, onlar Ufa şəhər administrasiyası başçısının birinci müavinindən 10 milyon rubl (təxminən 153 min dollar) məbləğində rüşvət almaqda şübhəli bilinirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol