Menu

Dövlət Agentliyinin avtomobil qəzaya uğradı - Xəsarət alanlar var (FOTO)

26.10.2018, 14:56
Dövlət Agentliyinin avtomobil qəzaya uğradı - Xəsarət alanlar var (FOTO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobil qəzaya uğrayaraq yanıb.

"Report"un xəbərinə görə, hadisə Zaqatala rayonunda baş verib.

Belə ki, Dövlət Agentliyinin "Mitsubishi" avtomobili ötmə əməliyyatı emək istəyəkən "VAZ 2106" markalı maşınla toqquşub. Nəticədə "Mitsubishi" iki dəfə aşaraq yanmağa başlayıb.

Hadisə zamanı iki nəfər yüngül xəsarət alıb, hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

[gallery columns="5" size="full" ids="461472,461473,461474,461475,461476"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol