Menu

"Bakı KTMT-yə qoşulmaq arzusunu bildirərsə..." - Dmitri Savelyev

26.10.2018, 16:22
"Bakı KTMT-yə qoşulmaq arzusunu bildirərsə..." - Dmitri Savelyev

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) aparıcı dövləti olaraq bu quruma Azərbaycan kimi öz etibarlılığını təsdiq etmiş güclü tərəfdaş və dostun qoşulmasını tam dəstəkləyər.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan regionda sabitliyə və hadisələrin dinc axarına getdikcə daha çox təsir edən bir dövlətdir.

D.Savelyev qeyd edib ki, digər tərəfdən KTMT-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulması və bu münaqişənin müzakirəsinin daha bir platformaya daşınması danışıqlar prosesinə müsbət təsir göstərərdi.

Duma üzvü əlavə edib ki, Bakının KTMT-yə qoşulmaq arzusunu bildirəcəyi təqdirdə Rusiya Azərbaycanın bu quruma daxil olmasını qətiyyətlə dəstəkləyəcək.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Şərhlər

Qarabağlı 2018-10-26 16:22:51

KTMT-yə Azərbaycanın indi qşulmaq istəməsinin nə demək olduğunu anlamaq vacibdir.QArabağı Ermənistan Rusiya ilə işğal etdiyini bilə-bilə,görə-görə yenidən onların yanına getmək işğalla barışmaq və aşağılıq deməkdir.Əgər Qarabağ və ətraf Qarabağdan ərazisi böyük olan 7 rayon geri qaytarılarsa ,yalnız bu zaman bu barədə düşünmək doğru olar.
Düşmən blokuna girmək indiki halda işğalı qəbul etməkdir və bunu anlamaq vacibdir.

TARİX 2018-10-26 16:22:51

RUSİYADAN AZƏRBAYCANA HƏMİSƏ ZİYAN GƏLİB.

Abit 2018-10-26 16:22:51

Tez-tez de birden yadımızdan çıxar,

Siуasi Eksperт 2018-10-26 16:22:51

Horməтli Cənab D.Savelуev, hər bir insan və canlı hər an inkişaf edir. Onları formalaşdırmaq isтəуən idarəçilər isə həmin inkişafdan ən azı 25 il geri qalırlar!?

azər 2018-10-26 16:22:51

150 il neftimizi, bütün sərvətlərimizi talayıb apardız, 100 minlərlə soydaşımız sizin torpaqlar uğrunda və zülmünüz üzündən həlak olub oralarda basdırıldı..əvəzində qatı düşmən kəsilib torpaqlarımızın qalanlarını da özünüz və maşalarınız işğal etməkdədir..bu da azmış kimi yenə də marıtdasınız yeni şikarlar üçün..

t.ədalət 2018-10-26 16:22:51

Dağlıq Qarabağın erməni işğalında ola-ola KTMT-yə qoşulmaq elə DQ-ğı erməniyə vermək kimi bir şeydir.ermənilər ərazilərinin xeyli genişlənməsinə nail olacaq,Rusiya da Azərbaycanın qalan hissəsini işğal edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol