Menu

DTX sayt rəhbərini həbs edib - "Silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb"

27.10.2018, 11:28
DTX sayt rəhbərini həbs edib - "Silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb"

Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

İkram Rəhimov oktyabrın 26-da Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda istintaq araşdırmaları davam edir.

Şərhlər

Sual 2018-10-27 11:28:47

Basa dusmur jurnalistler ki vezifeli sexsleri it’s etmek lomas yoxsa tutus basacaqlar iceri hec size Amazon qaxada Komek Eden deyir gedib Muelimi it’s Erin mafiyaya toxunmaq lomas qasiqci size ders olmadimi

t.ədalət 2018-10-27 11:28:47

Burda da "reket" sözü yerinə düşmür.Reket deyəndə,qoçaq və zor tətbiq etməyi bacaran dəstə yada düşür.Məhkəməsi gedən qrup isə,sadəcə olaraq, "cinayətkar dəstə"dir.Hüquq-mühafizə orqanlarının və məmurların arasında olan bəzi rtüşvətxorlar kimi,mətbuatda da dələduzlar var.Burası da var ki,qüsuru olmayanlar mətbuatdan niyə çəkinməlidir ki?Əsassız yazılara görə ,məgər,kimlərəsə cəza verilir?İstintaq aparılanda şikayət edən obyektin haqq verdiyi (yəni onu saxlayan) adamın da adı hallanmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol