Menu

Səudyyənin baş prokuroru Camal Qaşıqçının öldürülməsinə görə Türkiyəyə gəlib

29.10.2018, 12:40
Səudyyənin baş prokuroru Camal Qaşıqçının öldürülməsinə görə Türkiyəyə gəlib

Səudiyyə Ərəbistanının baş prokuroru Səud Müceb səudiyyəli müxalif jurnalist, "Vaşinqton post" qəzetinin əməkdaşı Camal Qaşıqçının öldürülməsinə görə Türkiyəyə gəlib.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, hazırda İstanbulda Türkiyənin baş prokuroru İrfan Fidanla Səud Müceb arasında görüş keçirilir.

Tərəflər Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı cinayət işinin istintaqı və qətlin üstünün açılması məsələsini müzakirə edirlər.

S.Mücebin jurnalistin öldürüldüyü Baş Konsulluğa baxış keçirəcəyi gözlənilir.

Qeyd edək ki, Səud Mücebi Camal Qaşıqçının öldürülməsinin əvvəlcədən planlaşdırıldığını bildirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol