Menu

Gənc oğlan ürəyindən bıçaqlandı

29.10.2018, 23:52
Gənc oğlan ürəyindən bıçaqlandı

Bakıda gənc oğlan küçədə bıçaqlanıb. Hadisə Xətai rayonu ərazisində baş verib.Rayonun 7-ci Əhmədli küçəsi, ev 21-də yaşayan Nurullayev Rafiq Yusif oğlu naməlum şəxs tərəfindən döş qəfəsinin sol hissəsindən bıçaqlanıb.

Yaralı təcili olraq 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxsin müəyyən edilməsi üçün əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol