Menu

Muxtar Babayev idarə rəisini işdən çıxarıb - Vəzifənin icrasını müavininə tapşırıb  

30.10.2018, 10:40
Muxtar Babayev idarə rəisini işdən çıxarıb - Vəzifənin icrasını müavininə tapşırıb  

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev idarə rəisini işdən çıxarıb. Unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin strukturuna daxil olan Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov tutduğu vəzifədən azad edilib.

Sözügedən vəzifənin icrası müvəqqəti olaraq onun müavini Mübariz Əliyevə tapşırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbəri təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol