Menu

"Mənə 150 manatlıq qoyun versələr kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?" - Aqil Abbas

30.10.2018, 17:16
"Mənə 150 manatlıq qoyun versələr kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?" - Aqil Abbas

"13 ildir ki, deputatam, heç kəsdən hədiyyə almamışam. Məsələn, getmişəm Füzuliyə, qiyməti 150 manat olan qoyun veriblər. Nə etməliyəm, qoyunu kəsib bir hissəsini Milli Məclisə təhvil verməliyəm?”

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bu dəyişikliklərə səs verməyəcək.

A.Abbasın çıxışı digər deputatların gülüşünə səbəb olub.

Qeyd edək ki, qanuna təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda deputatlar onlara təqdim olunan bahalı hədiyyələri Milli Məclisə təhvil verməyə məcbur olacaqlar.

Şərhlər

vidadi goyce 2018-10-30 17:16:38

mm size verilenden cox var

murad 2018-10-30 17:16:38

Hör. Aqil nədənsə Sizə hörmətim çox idi. Bilmirəm bu hörmət rəhmətlik M Araza və ya yoldaşınızın şirin yazılarına görə idi.Siz elə bilki hərgün ucuzlaşa-ucuzlaşa gedirsiniz.Bu nə danışıqdı bu nə fikirdi. Düşünürəmki ədəbiyyata mədəniyyətə sıqmayan fikirlər yürüdürsünüz.Ona görədə yazdiqlarınızın sonuncu DOLU FİLMİNDƏKİ KİMİ BİR QƏPİKLİK MƏNASI YOXDUR.Ayda2500-3000 m alırsınız utanin Heç olmasa mərbuatdan ayıb deyilsə evdəkilərdən ayıblıq edin.Yazıqlar olsun.İnanan daşa dönsün ki 13il deputat seçilmisisiniz

Iaden 2018-10-30 17:16:38

Əslində Aqil müəllim düz təklif edir ancaq o çox gözəl bilir ki
söhbət qoynundan getmir verilən 10 minlərlə manatdangedir

Azərbaycan vətəndaşı 2018-10-30 17:16:38

Azərbaycanda deputat yoxdur.Çünki,deputat seçgi yolu ilə seçilər.Bizdə deputat siyahı üzrə təyin olunur.

Vətəndaş 2018-10-30 17:16:38

... deputatlara da qoyun verərlər.Amma bunun adını da qoymaq vacibdir.Axı hədiyyə qara gözə görə verilmir!

ayzek 2018-10-30 17:16:38

Sənə qoyun hədiyyə etsələr onu kəsib çadırda,vaqonda yaşayan qaçqınlara paylamalısan,ay mən deyən!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol