Menu

Prodüser Təranə Səmədova həbs olundu

30.10.2018, 17:40
Prodüser Təranə Səmədova həbs olundu

İki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən tanınmış prodüser Təranə Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan təbdiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Təranə Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Təranə Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Şərhlər

vidadi goyce 2018-10-30 17:40:34

metamorfoza

yusif 2018-10-30 17:40:34

bu exlaqsiz hetta tv-lerde verilis aparirdi. Indi azerbaycan tv-lerinde ancaq geyler ve exlaqsizlar at oynadir. xatirladim ki o defelerle serxos halda masinda surub ve dyp onu saxlayanda onlari tehqir edib.
daha bir xatirlatma-Ilham Mirze kimi deleduzlari bu gun yene de tv-lere cixarirlar. niye- meqsed nedir-gorunur onu da saxlayan var

millet 2018-10-30 17:40:34

bunlar hamsi ...

Arif 2018-10-30 17:40:34

Onsuz da hamıya bəllidir ki,şou biznes adamlarının işi budur.Guya başqaları bundan təmizdir? Hamısı b yolun yolçularıdır.Oqlan xeylaqlarının əksəriyyəti gey,qız xeylaqları isə ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol