Menu

Cəlilabadda sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb

30.10.2018, 22:39
Cəlilabadda sürücü 16 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçıb

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin kəndin sakini, 2002-ci il təvəllüdlü Mirzə Niftiyev müəyyən edilməmiş minik avtomobili ilə vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, sürücü qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol