Menu

Paşinyan baş nazir postuna yeganə namizəddir

31.10.2018, 00:54
Paşinyan baş nazir postuna yeganə namizəddir

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yeganə namizəd olub. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan deyib.

“Namizədlərin irəli sürülməsi müddəti başa çatıb. Baş nazir postuna Paşinyandan başqa iddialı yoxdur”, - deyə K.Saroyan vurğulayıb.

Xatırladaq ki, oktyabrn 24-də parlament Paşinyanın hökumət rəhbərliyinə namizədliyini rədd etdi və bununla da qanunverici orqanın buraxması proseduruna başladı.

Onu da qeyd edək ki, növbəti səsvermə noyabrın 1-nə planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol