Menu

3 rayonda qazın verilişi dayandırılır

07.08.2014, 11:13

Qaz-yanan1

Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində təmir işlərinin aparılması və qaz şəbəkəsində quraşdırılmış qaztənzimləyici qurğuların mənbəyə birləşdirilməsi ilə əlaqədar bu gün Abşeron, Bakının Sabunçu və Şəmkir rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Saat 17:00-dək Abşeron, saat 18:00-dək Bakının Sabunçu, saat 20:00-dək isə Şəmkir rayonlarının bir hissəsi qazsız qalacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol