Menu

Ermənistan parlamenti buraxılır - Paşinyanı yenidən baş nazir postuna seçməyib

01.11.2018, 20:22
Ermənistan parlamenti buraxılır - Paşinyanı yenidən baş nazir postuna seçməyib

Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib. “Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, seçki formal xarakter daşıyır.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır. Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir. Seçkilərin keçirilmə tarixini ölkə prezidenti elan edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol