Menu

Lənkəranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

02.11.2018, 00:40
Lənkəranda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib

Lənkəran rayonunda evdən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini Q.Axundov 102 xidməti-zəng mərkəzinə müraciət edərək axşam saatlarında evdə olmadığı zaman naməlum şəxs və ya şəxslərin ona məxsus yaşayış evindən 1200 manat pulu oğurladığını bildirib.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşayış evinə qanunsuz daxil olaraq oradan pul oğurlayan şəxslər saxlanılıb. Oğurluğu törədən şəxslərin Lənkəran sakinləri - Şəhriyar Şükri, Elçin Hüseynov və Elvin Cəbrayılov olduqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən saxlanılan hər 3 şəxs istintaqa təqdim edilib və törətdikləri oğurluq əməlini etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol