Menu

4 erməni diversant məhv edildi, 1-i əsir götürüldü - Müdafiə Nazirliyi

07.08.2014, 13:56
4 erməni diversant məhv edildi, 1-i əsir götürüldü - Müdafiə Nazirliyi

16:32 

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində tutulan erməni ilə bağlı məlumat yayıb

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Aşkar olunan qrup yaxın məsafəyə buraxıldıqdan sonra dəstənin zərərsizləşdirilməsi istiqamətində tədbirlərə başlanıb.

İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edilib, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərəfindən tutulub.

Hazırda dəstənin planı və fəaliyyətinin araşdırılması ilə əlaqədar iş aparılır.

MN-in mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni diversiya qrupunun cəhdinin qarşısı alınarkən Azərbaycan Ordusunu itki verməyib.

 * * * 

16:00 

Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun APA-nın qərb bürosuna bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub.

“Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Hardan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim”, - deyə o bildirib.

R. Quliyev onun 45 yaşı olması barədə deyilənlərin bir qədər şübhəli olduğunu deyib.

Onun çox gənc - təxminən 30-35 yaşlarında olduğunu ehtimal edən R. Quliyev erməninin səliqə ilə geyindiyini, mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib.

“Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır”, - deyə  R. Quliyev bildirib.

 * * * 

15:02

 Bu gün 13.30 radələrində Tovuz rayonunun düşmənlə təmas xəttində yerləşən Ağbulaq kəndində   erməni diversant qrupu  Azərbaycan tərəfinə keçməyə cəhd edib.

 Publika.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan kəşfiyyatçıları qrupun neytral ərazidən bizim tərəfə keçməsinə qəsdən şərait yaradıblar. Məqsəd qrupu tam tutmaq olub.

 Qrupun bələdçisi Petrosyan Arduş Dalen oğlu Tovuzun Ağbulaq kəndinə girib.

Bu zaman kənd sakinləri onu görərək saxlayıblar. Erməninin izi ilə gələn hərbçilərimiz onu sakinlərdən alıblar.

Ermənistanın "www.yerkirmedia.am" saytı da Tovuzda əsir düşən erməni təxribatçısı barədə xəbər yayıb.

* * *

Tovuz rayonununda Ermənistan vətəndaşı tutulub.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu saxlayıb.

Məlumata görə, tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz rayon polisinə təslim edildiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol