Avqustun 7-də futbol üzrə Avropa Liqası III təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Azərbaycanın “Neftçi” klubu bu gün səfərdə Gürcüstanın “Çixura” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22-də başlayacaq.
Bakıda keçirilən ilk oyun heç-heçə-0:0 olub.
7 avqust
Avropa Liqası, III təsnifat mərhələsinin cavab oyunları
22:00.”Çixura” (Gürcüstan) – “Neftçi” (Azərbaycan) (İlk oyun – 0:0)
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Tbilisi. "Mixail Mesxi" stadionu.


Şərhlər