Menu

Deputat nazirin müdafiəsinə qalxdı - “Azərbaycanca təmiz danışan o qədər əclaflar var ki!”

03.11.2018, 12:06
Deputat nazirin müdafiəsinə qalxdı - “Azərbaycanca təmiz danışan o qədər əclaflar var ki!”

Oktyabrın 29-da İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü keçirilib. Görüşdə diqqət çəkən məqamlardan biri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı ilə bağlıdır.

Belə ki, nazir Elmar Məmmədyarovun ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi anlaşılmazlıq yaradıb ki, bu da sosial şəbəkələrdə geniş diskussiyalara səbəb olub.

Nazir ciddi tənqidlərə tuş gəlib. Həm sosial şəbəkə istifadəçiləri, həm də bəzi deputatlar Elmar Məmmədyarovu Azərbaycan dilini təmiz bilməməkdə qınayıblar.

Geniş diskussiyalara səbəb olan məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlama verib.

Vahid Əhmədov Elmar Məmmədyarova qarşı səsləndilən fikirlərlə razı olmadığını qeyd edib.

“Elmar Məmmədyarov bir çox xarici dilləri bilir. Ola bilər ki, məhz bu səbəbdən Elmar müəllimin ana dilində danışmasında müəyyən nöqsanlar olsun. Əsas odur ki, Elmar Məmmədyarov vətənpərvər insandır. Peşəkar siyasətçidir. Mən ona qarşı səsləndirlən fikirlərlə razı deyiləm”.

V.Əhmədov Elmar Məmmədyarovun atası akademik Məhərrəm Məmmədyarovun açıqlaması ilə tanış olduğunu bildirib.

“Məhərrəm müəllim çox haqlı olaraq qeyd edib ki, Azərbaycanca təmiz danışa bilən o qədər əclaflar var ki! Mən onun bu fikirləri ilə razıyam”.

Şərhlər

Cabir 2018-11-03 12:06:58

Vahid müəllim kiminsə xahişini icra edir.Bu onun şəxsi fikri ola bilməz.Ancaq belə çıxış ona yaraşmırdı.Nə isə! Kor şeytan yoldan çıxarıb.Ya da ki, Vahid müəllim heç zaman Məmmədyarovun çıxışlarını eşitməyib.Bu da inandırıcı deyil.Çox təəsüf!

Абдулла 2018-11-03 12:06:58

Vahid Əhmədov bu şərhləri diqqətlə oxuyub, yəqin ki, obyektiv nəticəyə gələr.Aydındır ki, xarici işlər naziri xarici dili mütləq bilməlidir ki, xaricdə təmsil etdiyi ölkənin siyasi maraqını qoruya bisin. Eyni zamanda, xarici işlər nazirinin təmsil etdiyi ölkənin ana dilini mükəmməl bilməsi çox vacibdir ki, o gördüyü işləırin nəticəsi barədə təmsil etdiyi ölkənin xalqının ana dildə anlaşılan izah verə bilsin. Son 14 ildə bu nazirin gördüyü işlərin anlaşılan dildə izahına ehdiyac yoxdur.

Hörmətli oxucu! 2018-11-03 12:06:58

Bismillahir-Rəhmanir-Rəhim . Əslində, izlədiyimiz bu mənzərə nə qədər gülməlidirsə, bir o qədər də acınacaqlı və bəlkə də faciəvidir. Bütün bu mənzərə hansısa anormal təxəyyülün məhsuludur. Bir Şəkili Sövet dövründə Hərbi Dəniz Qüvvələri donanmasında şəxsi heyətində xidmət keçirdi.Dənizdə xidmət vaxtı tufan başlayır.Əskərlərdən biri dənizdə böğulmağa başlayır.Bu əskər 7 dildə xilas edin deyərək qışqırır.Şəkildə deyir ki,Sənin atan ........7 dil ögətməkdədənsə üzməyi öyrədərdi! Sözsüz bu birinci nöbədə atası akademik Məhərrəm Məmmədyarovun səhvinin nəticəsidir. Hörmətli akademikimiz deyir ki,Elmar orta məktəbi rus dilində qurtarıb! Çox yaxşı bəs azərbaycan dili məktəbdə keçməyib? Ortta məktəbdə Azərbaycan dilindən necə imtahan verib???Gələk vaxtında onun dərhal “qulağını burardı”. Beləliklə, aydın oldu ki. hörmətli Deputat Vahid Əhmədov bu şərhlərdən sonra səhvini sözsüz başa düşdü. Vəssalam! Bitdi!

Elshad 2018-11-03 12:06:58

Derdeee qôrûn baxin ;;;;;, nazirlerimiz ve deputatlarimiz !!! derd derd derd

Dövlətimizi sevən 2018-11-03 12:06:58

Hər bir xalqın öz ana dilisi var.Hər bir vətəndaş tutduğu vəzifəsindən asılı olmayaraq öz ana dilini mükəmməl bilməlidir.Öz ana dilini bilməyənləri müdafiə etmək,ən azından millətimizi təhqir etmək deməkdir. Vahid müəllim,sizin çıxışınız yalnız Elmar Məmmədyarovun atasının çıxışına dəstək verməkdən xəbər verir ? Şəxsi maraqları kənara qoyaraq,dövlətimizi , xalqımızı qəlbən sevək,xəyanət edənlərə qarşı mübariz olaq.

muellim 2018-11-03 12:06:58

xarici ishler nazirinin eclaflarla muqayise edirsiz?!

t.ədalət 2018-11-03 12:06:58

Bu fikir ilə razılaşmaq olmur.Çünki vətənpərvərlik milli dilə məhəbbətdən başlayır.Çoxlu dil bilir,getsin tərcüməçilik etsin.Dil bilmək savadlı olmaq olsaydı,onda alverçilərin hamısı akademik olardı.Qəhrəmanlar yadellilərə qarşı döyüşdə yetişdiyi kimi,diplomatlar da öz milli mənsubiyyətinə hörmətlə tanınırlar.Elmar Məmmədyarov urvatını itirmiş birisidir.Onu erməni ilə görüşə çıxartmaqla,sanki təslimçiliyimizi boynumuza alırıq.Bu sahədə Fazil Qəzənfəroğlu kimi milli təəssübkeşliyi olan bir ziyalı lazımdır.

Moshu 2018-11-03 12:06:58

Hər kəsin öz müstəqil fikri ola bilər. Vahid Əhmədov bir ziyalı, MM deputatı, bir insan kimi böyük hörmətə layiqdir. Vikipediyada onunla bağlı məlumatla tanış olduqda onun hansısa xarici dili bilib-bilməməsi barədə məlumata rast gəlmədim. Onun hansısa dili bilməməsi onun nüfuzuna xələl gətirmir. Lakin Vahid müəllimin vəkil rolunda çıxış etməsi məni kimi milyonlarla azərbaycanlını üzür.Vahid müəllimi ilk dəfə belə ağır rolda gördüm. Vahid müəllim, bu rol Sizə yaraşmır. Elmar Məmmədyarova gəldikdə, vəziyyət göz qabağındadır. Çox arzulayardım ki, Vahid müəllim öz markasını saxlayardı

EJDER 2018-11-03 12:06:58

BELI,AZERBAYCANDA HARINLAMIW ECLAF-MEMUR VE ONLARIN INKIWAF ETMIW QOHUM EQRABASI COXDUR...BU ECLAFLARA DUR DEYEN YOXDUR.COXUDA INDI ELMI IWLE MEWQULDU,ANALOQSUZ INKIWAFDAN SONRA...NAQIL DANIWIRLAR

Azərbaycan vətəndaşı 2018-11-03 12:06:58

Hörmətli Vahid müəllim sizin xalq arasında böyük nüfunuz var.Ancaq bu fikrinizlə heç kim razı ola bilməz.Azərbaycan məmuru ilk öncə dovlət dilində mükəmməl danışmalıdır.Mən sizdən belə bir fikir gözləmirdim.Elmar Məmmədyarov özü çıxışına baxıb istefa verib getməlidir.Sizin fikrinizi yalnız E.Məmmədyarovun atsı bəyənər,başqa heç kim.Öz reytinqini qoru.Xalqın inandığı bir-iki deputat varsa onun birincisi sizsiniz.Belə əcaib çıxışı müdafiə etməyə lüzum yoxdur.Bu çıxış Azərbaycan dilini təhqir etmək deməkdir.

Veteran 2018-11-03 12:06:58

Hormetli Vahid muellim, sizi inandirim ki, azerbaycandaki butun eclaflari here oz "kruqu" vasitesile cox yaxwi taniyir. Yeni dolayisi ile hami bir-birini cox yaxwi taniyir,hetta eclaflari yox, werefsizleri de, biqeyretleri de ve adlari cox biedeb seslenen kimleri kimleri kimleri de, yeni bawa duwuldu kimleri... Ancaq burda sohbet tamam bawqa weyden gedir, tekrar qeyd etmeye luzum yox,dunya gormuw bir insansiniz, dogrudanmi nazir adi dawiyan birisinin bawqa olkenin tribunasinda bu cur cixiwi sizi qane edib?

ayzek 2018-11-03 12:06:58

vahid müəllim,o hansı mütəfəkkir idi deyən:"VƏTƏNPƏRVƏRLİK ƏCLAFLARIN SON SIĞINACAĞIDIR"?

Sabir 2018-11-03 12:06:58

Vahid müəllim düşünür ki, bu adam 14 ildir "Xarici işlər" naziridir.Əgər bu adamda Azərbaycana hörmət,dilə,atributlara hörmət olsaydı bu illər ərzində Azərbaycan dilini neçə dəfə öyrənə bilərdi?Amma bu illər ərzində öyrənmək istəmədi və ölkəni biabır etdi.Belə naziri bu qədər vəzifədə saxlamaq özü də müəyyən qədər ölkəyə saymamazlıqdır.Bu çıxış onun birinci çıxışı deyildi.Bəs nə üçün indiyə qədər buna reaksiy verilməyib? Vahid müəllim bu illərdə onun bir qətiyyətli nəticəsini göstərə bilərmi? Yersiz müdafiə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol