Menu

Pakistanın keçmiş senatoru öldürülüb

03.11.2018, 12:37
Pakistanın keçmiş senatoru öldürülüb

Pakistanın tanınmış din xadimi, “Camaat-üləma-e-İslam” Partiyasının lideri, keçmiş senator Sami ül-Həqq Sami əl-Həqq ölkənin Ravalpindi şəhərində öldürülüb.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu onun oğlu Həmid ül-Həqq bildirib.

Onun sözlərinə görə, atasının çoxsaylı bıçaq yarası olan meyitini evdə aşkar ediblər: “O, naməlum şəxs tərəfindən öz evində hücuma məruz qalıb. Onun qana bulaşan meyitini sürücüsü aşkar edib”.

Hücumun səbəbi hələ ki, məlum deyil.

Qeyd edək ki, Sami ül-Həqq Sami əl-Həqq həm də “Taliban” hərəkatının mənəvi lideri sayılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol