Menu

Tramp Çinlə ticarət sazişi bağlaya bilər

03.11.2018, 16:50
Tramp Çinlə ticarət sazişi bağlaya bilər

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp Çin Xalq Respublikası (ÇXR) ilə mübahisələrə son qoya və onunla ticarət sövdəsi bağlaya bilər.

Vəziyyətlə tanış olan naməlum mənbəyə istinadla, bu barəd «Bloomberq» agentliyi xəbər verib.

KİV-n məlumatına görə, Tramp G20 sammitində ÇXR-nın sədri Si Tsizinpinlə ticarət sazişi bağlamaqda maraqlıdır. Sammit Argentinada keçiriləcək.

Nəşr qeyd edir ki, artıq Tramp Ağ evin açar əməkdaşlarından sazişin mümkün şərtlərini işləyib hazırlamağı xahiş edib.

Agentliyin məlumatına görə, il ərzində ABŞ Çin idxalına 200 milyard dollardan artıq ticarət rüsumu tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol