Menu

Ərdoğan Parisdə Rusiya və ABŞ prezidentləri ilə görüşməyi planlaşdırır

04.11.2018, 10:06
Ərdoğan Parisdə Rusiya və ABŞ prezidentləri ilə görüşməyi planlaşdırır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10-11 noyabr tarixlərində Parisə səfəri zamanı Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp ilə görüşməyi planlaşdırır.

Türkiyənin dövlət başçısı bunu ölkəsində ikigünlük səfərdə olan ukraynalı həmkarı Petro Poroşenko ilə keçirilən birgə mətbuat konfransında deyib.

"10-11 noyabr tarixlərində Parisdə bizim cənab Tramp, həmçinin cənab Putin ilə danışıqlar aparmaq fürsətimiz olacaq", - deyə Ərdoğan bildirib.

Bundan əvvəl Türkiyə Prezidentinin Fransaya səfərinin tarixi açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol