Menu

Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib

04.11.2018, 13:01
Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib

Qusar şəhərində intihar hadisəsi baş verib."Report"un Şimal bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Bundan əvvəl Quba sakini özünü Samur-Abşeron kanalına ataraq intihar edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol