Menu

Rusiya Snowdenə 3 il yaşayış icazəsi verdi

07.08.2014, 15:39
Rusiya Snowdenə 3 il yaşayış icazəsi verdi

Rusiya ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowdenə Rusiyada 3 il yaşayış icazəsi verdi.

Onun vəkili Kucherena deyib ki, Sowden gələcəkdə Rusiya vətəndaşlığı da ala bilər.

Vəkilin sözlərinə görə, Sowden Rusiya daxilində və xaricə sərbəst səyahət edə bilər, ancaq 3 ay müddətindən çox olmayaraq.

ABŞ-da kəşfiyat orqanlarının vətəndaşların və hətta xarici dövlət başçılarının telefonlarını dinləməsi haqda sənədləri açıqlaynadan sonra Snowden Rusiyada keçən ilin avqustunda 1 illiyə sığınacaq almışdı. Onun müddəti bu il iyulun 31-də bitmişdi.

ABŞ Snowdenin verilməsini tələb edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol