Menu

Bakıda dəmir barmaqlıqları kəsib mənzili soydular - Külli miqdarda pul və qızıl oğurlandı

05.11.2018, 10:57
Bakıda dəmir barmaqlıqları kəsib mənzili soydular - Külli miqdarda pul və qızıl oğurlandı

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış massivi, ev 8, mənzil 19-da yaşayan Şirinov Samir Ələkbər oğlu Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum şəxslər onun mənzilinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olub və oradan 20 min manatlıq qızıl-zinət əşyaları, 6800 dollar, 50 avro və 4500 manat oğurlayıblar.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

Şərhlər

ayzek 2018-11-05 10:57:15

suraxanı rayononda dəmir barmaqlıqları kəsib mənzilləri qarət edən dəstəni nədənsə şanlı polislərimiz hələ aşkar edib zərərsizləşdirə bilmirlər.Çox müəmmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol