Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsində ciddi pozuntular aşkarlanıb.
BakuPost xəbər verir ki, bu, Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin auditi ilə bağlı hesabatında əksini tapıb.
Audit tədbirləri 1 yanvar 2016-1 yanvar 2018-ci ili əhatə edib. Bu il yanvarın 1-ə qədər Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş İdarəsi üzrə 63 min 705 pensiya işi, o cümlədən 41181 ədəd yaşa görə (64,6%), 13104 ədəd əlilliyə görə (20,6%) və 9420 ədəd ailə başçısını itirmiş ailələrin (14,8%) pensiya işi mövcud olub. Audit nəticəsində nəticəsində müxtəlif səbəblərdən ümumilikdə 554 pensiya işi üzrə 1800186,6 manat məbləğində pensiyanın, Fondun rayon (şəhər) şöbələrindəki 63 sosial müavinət işi üzrə 197495,2 manat məbləğində sosial müavinətin, ümumilikdə 1997681,8 manat vəsaitin artıq ödənildiyi müəyyən edilib.
Hesabatın təqdim olunduğu tarixə artıq ödənmiş həmin vəsaitdən pensiyalar üzrə 291971,3 manat nəğd şəkildə, 63916,4 manat müvafiq pensiyaçıların əmək pensiyalarından və müvafiq sosial ödənişlərdən tutulmaqla və ya əvəzləşdirilməklə cəmi 355887,7 manat vəsait Fondun büdcəsinə, sosial müavinətlər üzrə 22116,0 manat vəsait nəğd şəkildə, 9140,5 manat müvafiq pensiya məbləğlərindən tutulmaqla cəmi 31256,5 manat vəsait dövlət büdcəsinə bərpa olunub.
Cəmi bərpa 387144,22 manat təşkil edib. Aparılmış daxili nəzarət tədbirləri nəticəsində aşkar edilmiş pozuntu və nöqsanların aradan qaldırılması istiqamətində görülmüş tədbirlər yetərli olmayıb.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli S.Babayev mən4 ay qabaq Sizə yazmışdım:-”ƏƏSM Nazirlikdə işləyən məmurların süründürməçlık özbaşınlıq, özündənrazılıq,laqeydlik,arxaynçılıq və s... hərəkətləri haqqında, 31.01.2018 e-poçtla Sizə yazdığım məktuba 3.5 aydan sonar,nazirlikdən yox, onun yanında olan Dövlət Sosial Müdafiə Fondunun hansısa Direktor müavini hörmətli Əminə xanımın imzası ilə 11.05.2018 tarixdə “cavab” aldım .Bu “cavab” gözdən pərdə asmaqdan və aldatmaqdan başqa bir şey deyil.Bu xanım mənim məktubumu oxumayıb. Ona dürtülmüş cavablara imza atmaqla məşğuldur.Hörmətli Əminə xanim mənə elə gəlirki,vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çirkli işlərlə məşğul olur. Hörmətli nazir Dövlət Sosial Müdafiə Fondundan başlamaq lazımdır özüdə Hörmətli Əminə xanimdan”.Niyə vaxtında tədbir görmədiniz? Dövlət Sosial Müdafiə Fondunun rəisindən və müavinidən niyə qorxursınız?
ozei ishimde 400 manata gore meni mehkemeye verdiler, bunlari sigalliyacaqlar