Menu

Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi

05.11.2018, 20:01
Mədət Quliyev Cabir İmanova DTX-da vəzifə verdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə yeni direktor təyin edilib.

Unikal.org-un məlumatına görə, mərkəzin baş direktor vəzifəsinə əməkdar artist Cabir İmanov təyin olunub.

Mədəniyyət Mərkəzindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas.

1992-2001-ci illərdə “Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci il KVN “Əsrin Çempionu” olub.

2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Ailəlidir, üç övladı var.

Şərhlər

BDU dan telebe yoldasi vekil Sudaba Aliyeva 2018-11-05 20:01:20

Tebrik edirem.Ugurlar

t.ədalət 2018-11-05 20:01:20

Sağlam düşüncəli gənclərin irəli çəkilməsi dövlətimizə şərəf gətirir.Təsadüfi deyil ki,dünyanı heyrətə gətirən "Asan xidmət" sahəsi də layiqli gənclərə etibar edilib.Qocalar dursun kənara,Vətənimiz qoy gənclərimizin uğurları ilə ucalsın!

G.M 2018-11-05 20:01:20

Mədəd Quliyevə ƏLA qiymət verdim.Yaradıcı insanlara qayğı göstərmək ağıllılıq əlamətidir.

- 2018-11-05 20:01:20

Shükür. Bir xos xəbər də olarmış. Təbriklər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol