ÖZÜ-ÖZÜNÜ YANDIRAN ATƏŞ

Ramazan SİRACOĞLU,

Professor

Ədəbiyyat aləminə gəldiyi andan diqqət mərkəzində olan unudulmaz şairimiz Mikayıl Müşfiq əbədiyyət dünyasına köçəndən sonra unutdurulmağa çalışılsa da, bir an olsun belə, unudulmadı və unudulmur. İctimai həyatımızda  bu qədər məşhurlaşdırılan, populyarlaşdırılan, fəxri titullara qərq etdirilən, “bəh-bəh”lə təriflənib göylərə qaldırılan, cəmiyyətimizə “ilahi nemət” kimi təqdim olunan yüzlərcə adın içində Müşfiq ismini bizə daha doğma və munis qılan, özümüzünkü edən, bizim düşüncəmizdə onu ülviləşdirən səbəb nədir, görəsən?

Azərbaycanın fitrəti şeiriyyətdən yoğrulmuş əbədiyaşar şair oğlu Müşfiq poeziya kəhkəşanının parlaq dan ulduzudur. O kəhkəşanın ki, orada Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid və Vahid kimi dirəxşan səyyarələr bərq vurur.

Son günlərdə mərhum şairin nəşinin qalıqlarının aşkarlanması xəbəri ilə bağlı kütləvi informasiya vasitələri sensasyon xəbərlə  çalxanmaqdadır. Nə qədər təskinləşdirici informasiya olsa da, bu xəbər, istər-istəməz, beyinlərdə şübhələr də yaradır: görəsən, o tapıntı, doğrudanmı, Müşfiqə aiddir?

Bu yazı şair Mikayıl Müşfiqi gənc yaşında məhv etmiş, adı xalqı vahiməyə salan məşum NKVD-nin— Xalq Daxili İşlər Komissarlığının- 1937-1938-ci illərdəki fəaliyyəti  və o quruma yardım etmiş “proletar şairlər” haqqındadır.

10 iyul 1934-cü ildən  15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş NKVD ( Народный Комиссариат Внутренних Дел ) 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də,  tüğyan etmiş kütləvi repressiyanın  birmənalı şəkildə təşkilatçısı və icracısıdır.

NKVD-yə ilk olaraq  Henrix Yaqoda  başçılıq etmişdir. 26 sentyabr 1936-cı ildə Nikolay Yejovun NKVD-yə baş komissar təyin edilməsi ilə bu komissarlıq tədricən dövlət içində dövlətə, fövqəlsəlahiyyətli quruma, qorxunc repressiya maşınına çevrildi. Nikolay Yejovun NKVD-yə rəhbərlik etdiyi iki il iki ay ərzində  (26.09.1936— 25.11.1938 ) NKVD-nin, demək olar ki, nüfuz etmədiyi ailə, vahiməyə salmadığı şəxs qalmadı. Tam mənada qaniçən, insanlara ürəyində zərrə qədər mərhəmət hissi olmayan, tabeliyində olanlardan ziyalılara qarşı xüsusi amansızlıq və qəddarlıq göstərməyi tələb edən, istintaq altında olanlara ağlagəlməz işgəncələr tətbiq edilməsini  əmr edən 1 metr 49 sm boylu Nikolay Yejov 8 iyul 1937-ci il tarixində 57788 saylı direktiv imzalamışdı.

Bu direktiv “Sovet İttifaqında antisovet türk-tatar milliyətçi təşkilatlar üzrə operativ iş” adlanırdı (Bax: Директива НКВД СССР № 57788 об оперативной работе по антисоветским тюрко-татарским националистическим организациям, от  8 июля 1937г.).

1937-ci ilin mart ayından bütün Sovet İttifaqında sözdə antisovetizmə qarşı start götürən kampaniya bu direktivdən sonra geniş vüsət aldı. Bütün təşkilatlarda, idarə və müəssisələrdə, orta və ali məktəblərdə, elmi qurumlarda antisovetizm izləri axtarılmağa, “xalq düşmənləri”nin ifşasına başlanıldı. “Yuxarı”lara və əlaqədar təşkilatlara hər gün “aşağı”lardan çuval-çuval “tələbnamə”lər, “zəhmətkeş siqnalları” daxil olur, “dəmir komissar”dan təkidlə lazımi ölçü götürməyi, “kommunizmə getməyə mane olan siyasi avantüristlərdən bizi xilas etməyi” xahiş edirdilər. “Zəhmətkeşlərin haqlı tələbləri”nə biganə qala bilməyən NKVD-nin baş komissarı N. Yejov 30 iyul 1937-ci ildə“Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat” haqqında  00447 saylı əmr imzaladı (Bax: Об операции по репрессированию бывших кулаков, уголовников и др. антисоветских элементов).

Bu əmrə görə, siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə  zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsni təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında “üçlüklər – troykalar” yaradıldı. Azərbaycanda fəaliyyət göstərmiş ilk üçlüyün – “troyka”nın – tərkibi Xalq Daxili İşlər Komissarı Y. Sumbatov- Topuridzedən– sədr, Teymur Quliyevdən və Cahangir Axundzadədən ibarət idi.

Sonrakı dövrdə  respublika “troyka”sının fəaliyyətini Xalq Daxili İşlər Komissarı M. Rayev – sədr, Ağahüseyn HüseynovTeymur Yaqubov davam etdirmişlər.  Tutulanları iki kateqoriya üzrə – birinci və ikinci kateqoriya üzrə – istintaqa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar  güllələlənirdilər, “bəxti gətirib” ikinci kateqoriyaya düşənlərə isə 8 -10 il həbs cəzası təyin edirdilər.

Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən “üçlüklər”ə  SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1500, II kateqoriya ilə -3750 məhbus, cəmi- 5250 nəfər cəzalandırılmalı idi. 

Yeri gəlmişkən, xatırlatmaq lazımdır ki, o illərdə bütün Sovet İttifaqında “staxanovçuluq” adlı gülünc bir kampaniya da başlamışdı (Donbas kömür mədənində işləyən A. Staxanov adlı bir fəhlə, guya, bir iş növbəsində 7 ton əvəzinə 102 ton kömür çıxararaq, planı 15 dəfə artıq yerinə yetirmişdi).

Bütün sahələrdə olduğu kimi, NKVD işçiləri də “vətənə normada nəzərdə tutulduğundan daha artıq cinayətkarı yaxalayıb zərərsizləşdirmək, kommunist əməyi zərbəçisi” adını almaq üçün canfəşanlıq göstərir, müstəntiqlər daha qısa müddət ərzində “etiraf”lar əldə etməyə səy göstərirdilər. İnsani dəyərlər, əxlaq, humanizm, ədalət onlar üçün heç nə idi. Ona görə də NKVD-yə gətirilənləri nəyin bahasına olursa-olsun “danışdırmağa”, “sındırmağa”, “cinayət əməllərini etiraf”a məcbur edirdilər.

SSRİ prokuroru A. Vışinskinin yorulmadan, pafosla təkrarlamağa ərinmədiyi “etiraf bütün dəlillərin şahıdır” ifadəsi NKVD müstəntiqlərinin devizinə çevrilmişdi. Qeyd olunmalıdır ki, bütün təşkilat, idarə, müəssisə və iş yerlərində cani-könüldən NKVD-yə bacardığı “köməyi” əsirgəməyən titullu və ya titulsuz adamlar mövcud idi. Onlar NKVD tərəfindən barəsində həbs qəti-imkan tədbiri seçilən şəxslər haqqında dərhal “ifşaedici” məlumatlar yazır, mətbuata çıxış imkanı olanlar isə, qəzetlərdə uzun sicilləmə yazaraq dünənə qədər dostluq etdikləri şəxsi ən ağlagəlməz ifadələrlə təhqir edən yazılarla, barəsində ən ağır cəza hökmü çıxarılmasını tələb edirdilər.

Azərbaycanda siyasi motivlərlə şübhəli bilinənlərlə NKVD-nin dördüncü şöbəsi məşğul olurdu. Həmin şöbənin rəisi Tsinman  Lev Abromoviç adlı bir cəllad idi.  Bu şöbə SPO (Секретно-политический отдел) –Məxfi Siyasi Şöbə adlanırdı. Bu Məxfi Siyasi Şöbə müstəntiqlərinin arsenalında onların fantaziyasından asılı olan hər cür işgəncə şəkilləri vardı.

Qeyd edək ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Seyid Hüseyn, Bəkir Çobanzadə, Salman Mümtaz, Vəli Xuluflu, Abbas Mirzə Şərifzadə və çox sayda  digər dəyərli şəxslər məhz bu şöbədə, onun qəddar müstəntiqləri tərəfindən istintaq edilmişlər. Anası gürcü, atası erməni olan Yuvelyan Davıdoviç Sumbatov-Topuridzenin (Kutaisi quberniyasının Qapana kəndindən idi) başçılıq etdiyi Azərbaycan NKVD-nin SPO adlanan şöbəsində xüsusi qəddarlığı ilə seçilən iki müstəntiqi vardı:Qalustyan Konstantin Boqdanoviç və Platonov Geogiy Aleksandroviç.

Hüseyn Cavid və Mikayıl Müşfiq daxil olmaqla bizim dəyərli şəxsiyyətlərimizi məhz onlar dindirmişlər.

Hər iki NKVD müstəntiqinin sınanılmış istintaq taktikası vardı. Gecə yarısı şöbəyə gətirilənləri ilk öncə bir neçə saatlığına divardakı  qutu kimi çox dar, oturmaq mümkün olmayan qaranlıq, dəmir qapılı bokslarda saxlayırdılar. Növbəti gecəyə qədər onlar “unudulurdu”. Sonra boksun qapısı açılır və onlar NKVD  nəzarətçilərinin müşayiəti ilə müstəntiqin hüzuruna gətirilirdilər. Bu zaman xüsusi diqqət edilirdi ki, saxlanılanlar dəhlizdə heç kimlə qarşılaşmasınlar.

Müstəntiqlər Qalustyan və Platanov şübhəli bilinənləri sirayətedici “komissar” nəzərlərlə süzür, sonra da onların oturmasına icazə verərlərmiş. Ənənəvi “kimsiniz, nəçisiniz, neçə yaşındasınız, ailə tərkibiniz nədir, iş və yaşayış yerinizin ünvanı necədir?” suallarından sonra əsas mətləbə keçər, əzbərlədikləri ifadəni xüsusi vurğuyla söyləyərlərmiş:

“Расскажите о своей контрреволюционной деятельности, но знайте, что нам все известно. Вы арестованы как участник контрреволюционной организации. Признаете в этом себя виновным? – Öz əksinqilabi fəaliyyətinizdən danışın, lakin bilin ki, hər şey bizə məlumdur. Özünüzün bu işdə müqəssir olduğunuzu etiraf edirsinizmi”?

Platonov və Qalustyan növbə ilə “qəddar – nəcib” müstəntiq rolları oynayarlarmış. Başqa sözlə, biri şübhəli şəxs qismində dindirilənə işgəncə verirmiş, o biri yox. Bu üsulla şöbəyə gətirilən şəxsin rəğbətini qazanıb onu etirafa təhrik edirlərmiş. Müstəntiqlərin işgəncələrinə dözmək nə nəzəri, nə də təcrübi baxımdan qətiyyən mümkün deyil. Onlar nələr törətməmişlər ki?  Tutulanları uzun müddət ayaq üstə saxlamaq, yatmağa qoymamaq, ac saxlamaq,  su verməmək, döymək, xlorlu suda saxlamaq, əl və ayaq dırnaqlarına iynə yeritmək, dırnaqları çıxartmaq, dişlərini qırmaq, bədən üzvlərini qapı arasında və məngənədə sıxmaq, “lastoçka” adlanan vəziyyətə gətirmək (şübhəli bilinən şəxsi üz üstə yatırdıb əllərini burub arxadan qandallayaraq ağzına ip keçirib ayaqlarının ucuna  bağlamaq), başıaşağı asmaq, papirosla vücudunu yandırmaq, məhrəm yerlərinə zərbələr endirmək və etik baxımdan yaza bilmədiyimiz bir çox alçaldıcı işgəncələr vermək (bunların arasında ailə üzvlərinə qarşı təhqiramiz hərəkətlər edilməsi, şübhəli qismində olanların analarına, bacılarına, qızlarına və həyat yoldaşlarına qarşı törədilən insanlıqdan uzaq əclaflıqlar da vardır).

Müstəntiqlər əvvəlcədən müəyyən olunmuş planı yerinə yetirməyə çalışırdılar. Bu iş onların  həm də rütbələrinin artmasına stimul idi.

Müstəntiqlər irəli sürdükləri ittihamlarının  qətiyyətlə təkzib edildiyini gördükdə, istintaq işinə “fasilə” verirdilər. Əslində isə onlar bu vaxt şübhəli qismində gətirdikləri şəxslərin iş yerlərinə rəsmi müraciət edir, şöbədəki tutuqluların “ifşa”sı üçün əlavə materiala ehtiyac duyduqlarını bildirirdilər. Bu zaman həmin iş yerlərinin “ştatlı işverənlər”inə yerli mətbuatda geniş imkanlar yaradılırdı. Onlar da bağlayıb gözlərini açırdılar gül ağızlarını. Şöbədə tutuqlu qismində saxlanılanlar haqqında lazımı əlavə materiallarla silalanmış müstəntiqlər bir müddətə “unutduqlarını” təkrar sorğu-suala çəkirdilər. Bu dəfə daha qəddar, daha amansız şəkildə.

Müstəntiqlər öz qurbanlarını, sadəcə, iki kateqoriya üzrə istintaq edir və onların sənədlərini təsdiq üçün respublika “troyka”sına – üçlüyünə göndərirdilər. NKVD nəzdində OSO(Osoboye soveşaniye) adlanan  Xüsusi Müşavirə fəaliyyət göstərirdi. NKVD rəhbəri ilə SSRİ baş prokuroru ikilikdə respublika “üçlük”lərinin güllələnmə hökmlərini təsdiq və ya rədd edirdilər. N. Yejov və A. Vışinskiy  1937-1938-ci illərdə ikilikdə 21 min 222 məhbusun taleyini həll edən hökmü imzalayıblar.

Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi  səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan  keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka – toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. NKVD-nin başçısı N. Jejovun 00447 saylı əmrinə görə, I kateqoriya üzrə (yəni, güllələnmə) üzrə hökmlər NKVD komissarının əvvəlcədən müəyyənləşdirdiyi yerdə, qaydaya uyğun olaraq, güllələnmə yeri və  vaxtı tam məxfi saxlanılmaq məcburiyyəti ilə  ilə yerinə yetirilirdi.

Məhkumları gecənin qaranlığında üstü brezent örtüklü “ZiS-105” maşını ilə dörd silahlı nəzarətçinin müşayəti ilə sahildə dayanmış  gəminin yanına gətirib, oradan Böyük Zirə (Nargin) adasına daşıyırdılar. Oradakı silahlı nəzarətçilər məhkumları təhvil alıb onları NKVD-nin xüsusi atıcı dəstəsinin hazır vəziyyətdə gözlədiyi yerə aparırdılar. Məhkumları üzüstə yerə yatırdıqdan sonra hökmün icrasına başlanırdı. Sonra məhkəmə həkimi qətlə yetirilənlərin gözlərini nəzərdən keçirib, ölüm aktını imzalayırdı. Əksər hallarda məhkumların cəsədlərinə ağır daş bağlayıb dənizə atırdılar. “Bəxti gətirən”ləri toplu halında basdırırdılar. Qətlə yetirilənlərin yaxınlarına isə yalandan məhkumun sürgün olunduğunu və on il məktublaşmamaq cəzası aldığını söyləyirdilər. 

Mikayıl Müşfiq haqqında çıxarılmış hökmün dəqiq olaraq harada icra olunduğunu müəyyənləşdirmək üçün “Son dərəcə məxfi” qrifli arxiv sənədlərinin hamısının açılmasına ehtiyac var.

Xalq arasında parlaq şəxsiyyət və nadir istedad sahibi Müşfiq haqqında çox əfsanələr gəzir. Bəzi rəvayətlərə görə, guya, 1938-ci ilin yanvarında L. P. Beriya Müşfiqlə bağlı M. A. Bağırova zəng edib, o da “artıq gecdir”  söyləyib.

Xatırladaq ki, L.P. Beriya 22 avqust 1938-ci ilə qədər NKVD sistemində işləməyib və N. Yejovun zamanında fövqəlkomissarlıq olan NKVD-yə heç kim, həm də L. P. Beriya, müdaxilə edə bilməzdi. M. Bağırov və L. Beriya  subordinasiyanı yaxşı bilirdilər.

Başqa bir rəvayətə görə, Mikayıl Müşfiqi  şəxsən M. A. Bağırov özü güllələyib. Guya, Mikayıl Müşfiq ərköyün xasiyyətli, dəliqanlı adam imiş, istədiyi cür hərəkət edərmiş, yazıçı və şairləri hətta döyməkdən də qalmazmış. Onun bu cür hərəkət erməsi xəbəri M. Bağırova çatmış, o da əsəbiləşib  “onu gözümün önündən yox edin” deyib. Çekistlər də əmri yanlış anlayıblar və Müşfiqi güllələyiblər.  Tamamilə cəfəng fikirdir. Ali təhsilli, dərin savadlı, ictimai mühitin qayda-qanunlarını gözəl bilən, mərifət və ədəb sahibi Müşfiqi  sıradan bir “cayıl” kimi təqdim etməyə çalışanlar nə qədər də dayaz düşünürlər?!  Bu iddianın hüquqi və məntiqi əsası, demək olar ki, yox dərəcəsindədir.Zənnimizcə, bu versiya 1956-cı ildən sonra N. S. Xruşşov, R. Rudenko və onun satrapı A. Çeptsovun göstərişi ilə cəmiyyət arasında  M. A. Bağırova qarşı ikrah doğurmaq, onu alçaltmaq və xalqın nəzərini əsl günahkarlardan yayındırmaq məqsədilə uydurulmuşdur.  

Mikayıl Müşfiq gənç olmasına baxmayaraq, cəmiyyətdə baş verən  dəyişiklikləri, siyasi orientasiyanı, dövrün tələblərini çox  yaxşı görür və bütün təfərrüatı ilə dərk edirdi. Onun sosializm realizmi müstəvisində, xalqlar dostluğu zəmnində, o dövrün ictimai-siyasi tələbləri ilə səsləşən çox şeiri var. Müşfiqin qələminə məxsus olan “Stalin” poeması o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunurdu:

 

Bu yeni dünyanın məhvəri sənsən,

Fəcri Lenindirsə, səhəri sənsən !

Əsrin qan qırmızı alovlarından

Qurtaran bu yazıq bəşəri sənsən…

Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatı idi. M. A. Bağırovun ona xüsusi rəğbəti olmasaydı,  çətin ki, cürət edib Müşfiqi bu mükafata layiq görərdilər. Mikayıl Müşfiq “Azərnəşr” kimi çox ciddi bir nəşriyyatın direktoru idi. Respublikada nəşr olunan bütün ciddi siyasi-ictimai əsərlər məhz orada nəşr olunurdu. M. A. Bağırov Müşfiqə etibar etməsəydi, kim onu o vəzifəyə irəli sürərdi?

Bizcə, Müşfiqi NKVD qurbanına çevirənlər onun poetik istedadını, gündən-günə artan şöhrətini qısqananlar, paxıllığını çəkənlər, özlərini ona dost kimi tanıdıb ailə sirrini öyrənənlər, “partiya və vətən qarşısında  proletar borcunu yerinə yetirməyə çalışanlar”, “orden-medal həvəsinə düşənlər”, “o getsə, daha rəqibim qalmaz” düşüncəsiylə hərəkət edənlərdi. Axı NKVD rəsmiləri hardan bilirdilər ki,  Müşfiqin həyat yoldaşı Dilbər xanım Əhməd Cavadın qardaşı qızıdır? NKVD-nin iki-üç sinif təhsili olan soldafon müstəntiqləri “Azadlıq dastanı”ndan, “Səadət nəğməsi”ndən, “Göy göl”dən, “Duyğu yarpaqları”ndan, “Küləklər”dən nə anlayırlardı axı? Məgər onların Müşviqi oxumaq qabiliyyətləri vardı?  “Bizimkilər” isə Müşfiqi NKVD-yə,  Moskvaya  “Müsavat” ideoloqu  Əhməd Cavadın yaxın qohumu, ideoloji varisi kimi tanıtmışdılar.

Yeri gəlmişkən, M. A. Bağırov Əhməd Cavad birinci dəfə həbs olunanda xəbər tutub onu həbsdən azad etmişdi. Bu hadisə M. A. Bağırovun ÇK-da (Fövqəladə Komissiyada)  işlədiyi vaxt olub.

Bir  məqamı da xatırlatmaq lazımdır ki, M.A. Bağırov bir dəfə NKVD-yə müdaxilə etmək işinə görə Stalindən xəbərdarlıq alıb. NKVD şefi Sumbatov-Topurudze M. A. Bağırovla görüşəndə, necə olursa, sözarası Cavid əfəndinin bir neçə gün öncə NKVD tərəfindən saxlanıldığını söyləyir. M.A. Bağırov sakit tərzdə, “ailəsinə toxunmayın” deyir. Sumbatov-Topurudze də bu sözləri M. Rayevə çatdırır. M. Rayev az sonra Azərbaycan SSR NKVD-nin şefi olanda bunu Moskvaya, baş komissar N. Yejova xəbər verir.  SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan NKVD-nin yeni şefi M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında vaxtaşırı donoslar çatdırır, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış. Nəticədə M. Bağırov 1938-ci ilin avqust ayının ortalarında 10 gün respublika NKVD-nin şefi M. Rayevin  şəxsi nəzarətində  qalıb. N. Yejov Kremldə  M. A. Bağırov barədə tədbir görülməsi üçün İ. V. Stalinə müraciət edərkən  İ.V. Stalin, “bu gedişlə sən, yəqin,  mənim də  haqqımda  kompromat yığırsan” -deyə istehza edib.  Stalin  də Bağırovla görüşəndə “Yejova bəhanələr verməyin”deyib. 1938-ci ilin 22 avqustunda L. Beriyanın SSRİ NKVD-nin birinci müavin vəzifəzinə gətirilməsi M. A.  Bağırovu faktik olaraq ölümdən xilas ədib.

Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa  nə savadları, nə  də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə  Moskvaya göndərənlər də özgəsi deyildi.

Müşfiqin “Küləklər” şeirindəki –

Ey çılğın küləklər, nəşəniz daşarkən,

Bağların şehindən mey sorub coşarkən,

Nalqıran dağları atlayıb aşarkən,

Məni də alınız, uçayım dağlara,

Könlümdə nə varsa, açayım dağlara!

bəndinə irad tutmuşdular:  “Müşfiq dağlara qaçmaq, ürəyindəki gizli fikirləri orada söyləmək istəyir. Əgər onun gizli qara niyyətləri yoxsa, nə səbəbə dağlara qalxmaq istəyir?”

Müşfiqin romantik səpkili  “Kimidir” şeirində şifrəli  məlumat olduğu iddia olunurdu:

Sevgilim əyninə yaşıl geyinmiş,

Sallanışı sərvi-çəmən kimidir.

Bu bənzətmə bir az üzdən olsa da,

Tamaşa görkəmi səmən kimidir-

“Nədən Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu  rəngin islam dininin rəmzi olması məlum deyilmi? Əcəba, başqa rəng yoxdurmu?”

Bədxahları Mikayıl Müşfiqin məharətli  təbiət təsviri verilmiş lirik “Buludlar” şerinə əksinqilabçı çağırış mənası “tapmışdılar”:

Çünki keyfim kökdür, damağım çağdır,

Şimşək çaxdırmaya mən də hazıram,

Buludlar başında partlayacaqdır,

Könlümdə qıvrılan böyük ildırım.

“Uzun müddət maskalnaraq sıralarımıza daxil olmağı bacarmış Müşfiq öz oxucularını “Buludlar” şeirində silahlı üsyana səsləməyə  də cəsarət bulmuşdur”.

Təsadüfi deyil ki, Müşfiqi tanıyan bəzi “vətənpərvərlər”in yorulmaq bilmədən “dəniz kənarına” ( adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri  üçün oranı belə adlandırırdılar ) ünvanladıqları məlumatlar (oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşviqin həbsi üçün  artıq “hüquqi zəmin” yaradılmışdı.

Müşfiqin M.Bağırov tərəfindən həbs etdirilməsi inandırıcı görünmür. Zənnimizcə, respublikanın siyasi rəhbəri o qədər iş-gücün arasından imkan tapıb NKVD-nin kimləri həbs etməsi barədə xəbərdar ola bilməzdi. Bəziləri düşünürlər ki, Bağırovun Müşfiqə antipatiyası varmış. Sual yaranır:  M. Bağırov qeyri-adi qabiliyyəti ilə könülləri fəth etmiş Müşfiqə qarşı niyə ədavət bəsləməliydi ki? 1936-cı ildə M. A. Bağırovun sədr olduğu dövlət komissiyası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən şeir müsabiqəsinə Mikayıl Müşfiqin təqdim etdiyi “Səhər”poemasını  “Yeddi yaxşı ədəbi əsər” mükafatına layiq görmüşdü.

Göründüyü kimi, M. A. Bağırovun  Mikayıl Müşfiqə  qarşı heç bir narazılığı ola bilməzdi.  

Digər tərəfdən, M. A. Bağırov hər gün yüzlərcə partiya, təsərrüffat, sovet fəalları ilə görüşdən, müşavirələr, danışıqlar, iclaslar keçirməkdən vaxtı var idimi ki, ədəbi əsərlər oxusun? Mərkəzi Komitənin ideoloji iş üzrə katibliyi ona çıxışlar üçün mətn hazırlayırdı. Mətn hazırlanan zaman müxtəlif sahələrin rəhbərlərindən yazılı məlumatlat tələb olunurdu. Müvafiq qurumların rəhbərliyi də tələb olunan məlumatları Mərkəzi Komitəyə təqdim edirdi.  Təbii olaraq, yazıçı və şairlərin fəaliyyəti barədə məlumatları da Yazıçılar İttifaqının rəhbərliyi hazırlayırdı. Kimin hansı mövzuda, nə yazdığını, necə yazdığını Yazıçılar İttifaqından daha yaxşı  kim biləcəkdi ki?

Müşfiqin şairlik qabiliyyəti qarşısında, söz meydanında aciz qalanlar, çağlayan təbinə duruş gətirə bilməyənlər NKVD-yə göndərdikləri məlumatlarla – “donos”larla onu təcrid edə bildilər. Təsəlliverici tərəf budur ki, Müşfiqin günahsız qanı yerdə qalmadı. Cavidi, Müşfiqi, Mümtazı, Sanılını, Nəzərlini, Çobanzadəni, Xuluflunu və başqalarını xüsusi qəddarlıqla istintaq etmiş Qalustyan K.B. 22.04.1938-ci ildə, Platonov Q.A. 26.08.1938-ci ildə güllələndi; Tsinman L.A. 28.11. 1937-cildə  tutuldu, 20 il həbs cəzası aldı, 1952-ci ildə dəlixanada öldü; Azərbaycan SSR “üçlüyü”nə 10.01.1938- 11.11.1938-ci il tarixində başçılıq etmiş NKVD şefi Rayev Mixail Qriqorieviç  (əsl familyası və adı Kaminskiy Yakov Semyonoviç imiş, uzun müddət saxta sənədlərlə çalışıb ) 12. 11. 1938-ci ildə həbs olundu və  04.03.1939-cu ildə güllələndi.  

1936-cı ilin mayında oxucularla görüşündə Mikayıl Müşfiqdən soruşmuşdular ki, onu ən çox qorxudan nədir? Müşfiq də bir anlığa susmuş, sonra da bu misraları söyləmişdi:

Bağdadda xurmalıqlar,

Su dibində balıqlar.

Ölüm Allahın əmri,

Olmaya ayrılıqlar…

4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijni Priyut, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi ) ünvanında yerləşən mənzilindən  alıb gedən “çornı varanok” (“черный воронок”- Qaz-M1. Həbslər bu maşınla gerçəkləşdirildiyindən ona “qara qarğa” adı verilmişdi) istedalı şairi xalqdan cismən ayırsa da, mənən heç ayıra bilmədi. Qədirbilənlərin qəlbində Müşfiq sevgisi özünə yer tapdı. Onun adını unutdurmağa çalışanların özləri tarixin dolanbaclarında unudulub getdilər. Yazdıqları kitablar maklaturalıq oldu, məddahlıq etdikləri rejimlə bərabər özləri də tarixin tozlu arxivinə gömüldülər, ciblərində “şairlik knijkası” gəzdirsələr də, şair ola bilmədilər, qafiyəli söz yığınından ibarət olan “ədəbi irsləri” oxucusuz qaldı. Müşfiq isə hər gün daha da doğmalaşdı, daha da  məşhurlaşdı.  İllər nə qədər gəlib keçsə də, özünün “Səməndər” şeirinin qəhrəmanı kimi, yanıb külə döndükdən sonra yenidən öz külündən ehya edən gur saçlı, şux baxışlı Müşfiq elə 29 yaşında, dodaqlarında donmuş təbəssümlə qalacaq, onu sevənlərlə bərabər daha firavan, daha məsud günlərə addımlayacaqdır.

Müşfiqi əndişələndirən ayrılıqlar, inşallah, bir daha olmayacaqdır.

Şərhlər

Aslan Kənan 2018-11-05 21:35:35

Hörmətli Ramazan müəllim, siz yazınızda M.Müşfiqi "Azərnəşr"də direktor kimi qeyd etdiyinizdən mən etirazımı bildirdim. Nəzərinizə çatdırım ki, nəşryatda bir direktor, bir baş redaktor, "N" qədər redaktor olub.

t.ədalət 2018-11-05 21:35:35

Mənə cavab yazana demək istəyirəm ki,görkəmli Azərbaycan aktyoru Adil İskəndərovun da arvadı rus idi.Amma,onun milli təssübkeşliyini az adam təkrarlaya bilər.Dünya şöhrətli alim Lütfizadənin arvadı yəhudi idi.Yaxud böyük çeçen sərkərdəsi Cövhər Dudayevin arvadı latış idi.İçərisi milli təəssübkeşliklə dolu insanları arvadları dəyişə bilməz.

Ramazan SİRACOĞLU 2018-11-05 21:35:35

Hörmətli Aslan bəy, diqqətiniz üçün sağ olun: Mikayıl Müşfiq “Azərnəşr”in redaktoru olub, həbs olunana qədər də bu vəzifədə çalışıb. İstifadə etdiyim başqa bir materiala görə, Mikayıl Müşfiq “Ölkəm”, “Ana”, “Xalı”, “Düşüncə”, “Nigar”, “Gülnaz”, “Radio” vs səpkili şeirlər və rus ədəbiyyatından etdiyi uğurlu bədii tərcümələr münasibətilə Firqəçi gənclər təşkilatının mükafatına layiq görülüb. Bir daha təşəkkür edirəm. ALLAH razı olsun.

t.ədalətə 2018-11-05 21:35:35

Allah her şeyi bilir, amma nece ele şayielere inana bilirsen ki M.C.Bağırovun 2 arvadından biri rus, o biri de yehudi olub. Bagirov başqa millet numayendesi ile evlenmek meselesinde nece hessas ola biler axı.

Aslan Kənan 2018-11-05 21:35:35

Hörmətli Ramazan müəllim, xatırladım ki, Mikayıl Müşfiq heç vaxt nə "Azərnəşr"in direktoru olub, nə də Lenin komsomolu mükafatına layiq görülüb. Nəzərinizə çatdırım ki, bu mükafat 28 mart 1966-cı ildə təsis olunub.

Ələmdar Məmmədov 2018-11-05 21:35:35

Hər bir yazısı dərin tarixi bilgilərlə dolu əsl tədqiqat əsəri olan,yüksək intelllekt sahibi Ramazan müəllimin yaradıcılığında vətən sevgisi öndədir.Onun bu mövqeyi tariximiz və şəxsiyyətlərimizə qarşı səlib yürüşü təşkil edənlərə ən tutarlı cavabdır.

t.ədalət 2018-11-05 21:35:35

Müşfiq,əlbəttə,hamının sevdiyi sənətkardır.Şairin əsərlərindən birində Azərbaycan qızı ermənini sevir və ona ərə gedir.Deyirlər ki,M.C.Bağırovu əsəbiləşdirən də elə bu olub.Şairi,guya, "milli təəssübkeşliyini itirdiyinə görə" cəzalandırıb.Doğrusunu Allah bilir.

Son yazılar


Новости

Обзор на EPOS GTW 270 Hybrid

Они доступны только в этой цветовой гамме из оружейного металла. Обновление 22 апреля, 10:03 утра по восточному времени: EPOS выпустила обновление прошивки для GTW 270, доступного через программное обеспечение Gaming Suite на ПК, которое обеспечивает одновременное Bluetooth и беспроводное подключение к его ключу USB —C. Вы можете переключаться между режимами, нажав кнопку на ключ. Компания говорит, что теперь он доступен. Гибридные наушники GTW 270 стоимостью 199 долларов от аудиокомпании EPOS, насколько мне известно, являются первыми по — настоящему беспроводными наушниками, созданными для игр, но сами наушники не являются самой большой точкой продаж. Приемник Bluetooth USB-C, который поставляется с наушниками, получает это различие. Он намного компактнее, чем стандартные USB-ключи размером с флэш-накопитель, входящие в комплект многих гарнитур. Он также более способен работать с кодеком aptX low latency (aptX LL), который обеспечивает хорошее звучание звука без заметной задержки. Используя приемник, гибрид GTW 270 может быть особенно хорош для быстро развивающихся игр, где звуковые сигналы имеют значение для успеха; но на самом деле, это приятно иметь для любого названия. Однако есть одна проблема: микрофоны не работают, когда вы слушаете звук через приемник USB-C. (Однако встроенные микрофоны наушников работают, когда они подключены к устройству через Bluetooth.) Гибрид EPOS GTW 270 Вот звезда шоу. Это больше зависит от технических ограничений aptX, чем от принятия решений EPOS. Чтобы определить приоритет полосы пропускания для качества звука и быстродействия, при прослушивании с помощью ключа USB-C активен только канал воспроизведения. Это потенциальный разрыв сделки для некоторых геймеров, которые, возможно, захотят перейти в голосовой чат с друзьями на своих консолях. Но к чести EPOS, задержка между ключом и наушниками действительно кажется несуществующей. Эти бутоны цвета оружейного металла имеют простой, сдержанный дизайн, чтобы они не слишком высовывались из вашего уха. Они не слишком тяжелые, и посадка удобная, благодаря сменным силиконовым ушным наконечникам, которые помогают получить хорошую герметичность в ухе. Что касается элементов управления, у них есть только одна многофункциональная кнопка, которая обрабатывает приостановку и возобновление музыки, смену треков, а также прием телефонных звонков. Другими словами, без ключа USB-C они не являются чем-то особенным. (EPOS действительно делает версию за 169 долларов без ключа.) Для общего использования — например, для телефонных звонков или музыки — вы можете получить больше, потратив меньше, если посмотрите некоторые из вариантов в руководстве по покупке доступных беспроводных наушников моего коллеги Криса Уэлча. НАШ ОБЗОР ГИБРИДА GTW 270 7 ИЗ 10 Плюсы Незаметная задержка при подключении к ключу USB-C Сменные силиконовые наконечники для комфорта и звукоизоляции Совместимость с несколькими устройствами Минусы Микрофоны не работают при подключении через USB-C Чехол для зарядки, подверженный царапинам Они легки в использовании по цене За пределами игр эти наушники можно использовать, как и любой другой беспроводной набор, для подключения к телефону, планшету или ноутбуку через Bluetooth. Они поддерживают Bluetooth 5.1 (с кодеком SBC или aptX, в зависимости от устройства, к которому вы подключаетесь) для музыки, видео, игр и телефонных звонков, и EPOS говорит, что вы можете сопрягать их с восемью устройствами. Сопряжение выполняется, удерживая нажатой кнопку на корпусе зарядки. Гибрид EPOS GTW 270 Единственная кнопка гибрида GTW 270 находится на левом наушнике. Говоря о зарядном чехле: он имеет цельнометаллическую конструкцию, которую, к сожалению, очень легко поцарапать. Он заряжается через USB-C; при полной зарядке EPOS говорит, что он может обеспечить до 15 часов дополнительного времени автономной работы наушников. В течение рассматриваемого периода гибридные наушники GTW 270 достигли пятичасовой отметки времени автономной работы, что соответствует заявлениям компании. И если вы тот, кто время от времени совершает потную пробежку или просто не хочет попасть под дождь, они водонепроницаемы по стандарту IPX5. Я провел последние несколько недель, используя наушники, чтобы играть в игры поочередно на моем PS5, моем коммутаторе и моем рабочем ноутбуке несколько раз в день. (Если вам интересно, в комплект поставки входит адаптер, который позволяет подключить ключ к устройству с портами USB Type-A.) Гибрид GTW 270 работает как любая беспроводная игровая гарнитура, но действительно беспроводной форм - фактор имеет некоторые очевидные преимущества. Мне нравится, что они позволяют мне свободно передвигаться по проводам, и их использование не изолирует меня (или не портит мои волосы), как громоздкие банки для ушей. Приемник предварительно соединен с бутонами, и они подключаются почти мгновенно. Гибрид EPOS GTW 270 Каждый наушник заряжается через контактные точки, а светодиоды показывают оставшееся время автономной работы. Мне также нравится удобство использования только правого наушника (правый управляет передачей Bluetooth, поэтому прослушивание только через левый наушник не работает), поэтому я могу держать ухо доступным для прослушивания отправленных пакетов. Это, конечно, не является чем-то новым для людей, которые уже используют действительно беспроводные наушники. Это просто кажется новым, чтобы испытать эту свободу с игровой гарнитурой. В течение отчетного периода я попробовал римейк "Души демона", "Бог войны" 2018 года, "Приключения в кольце" и "Призрак Цусимы", а также несколько других игр. Хотя у них нет самой широкой звуковой сцены или самого четкого частотного разделения, которое я слышал для прослушивания музыки, они сияют игровым звуком — в частности, эффектами объемного звучания и доставкой басов. Общее качество звука не является взрывоопасным, и есть предел тому, насколько захватывающими могут быть эффекты объемного звучания, учитывая небольшие драйверы наушников. Но звук не слишком скомпрометирован. Если вы не хардкорный геймер, которому нужно услышать каждую деталь в кристально чистой презентации, они, скорее всего, подойдут вам. Гибрид EPOS GTW 270 Они великолепно работают как с PS5, так и с коммутатором. Для расширения совместимости в комплект поставки входит адаптер USB-C-USB Type-A. Гибрид GTW 270 был бы очень близок к идеалу, если бы микрофоны работали при подключении с помощью ключа USB-C. Увы, это не так, поэтому использование ключа будет практически бесполезно для тех, кто часто играет в многопользовательские игры с друзьями. (Это немного другая история, если вы играете в много однопользовательских игр и не возражаете против отсутствия микрофона для игр.) Поскольку наушники не так уж полезны для игр без ключа, это означает, что вы идете на большой компромисс, и это тот, который ни одна из лучших игровых гарнитур, которые я тестировал (большинство из которых дешевле, чем это), не просит вас сделать. Это твой выбор. Часы OnePlus - это первые умные часы от OnePlus. Он стоит всего 159 долларов и длится до двух недель между зарядками, но он также делает намного меньше, чем конкурирующие умные часы от Samsung, Fossil, Apple и других. https://www.theverge.com/22241197/epos-gtw-270-hybrid-truly-wireless-earbuds-usb-c-gaming-bluetooth

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet

Лучший Chromebook 2021 Lenovo Chromebook Duet Lenovo Chromebook Duet-это впечатляющее конвертируемое устройство за 279 долларов. Часть руководства Verge по Chrome OS и Chromebook Дуэт Chromebook от Lenovo далек от безупречности. Но когда вы оцениваете устройство, которое начинается с 279 долларов, вопрос не в том, “Является ли это идеальным устройством”, а в том, “Лучше ли это, чем другие вещи, которые вы можете получить за эту цену” Chromebook в этом ценовом диапазоне, как правило, неуклюж и дешев, как Chromebook 14 от HP или Chromebook x360 12b. Если вам нужна альтернатива Windows, вы смотрите на самый нижний конец линий Acer Aspire или Acer Swift или другие чрезвычайно простые варианты, такие как Motile 14. И, конечно, есть iPad начального уровня и другие базовые планшеты Android, но они не поставляются с клавиатурой. Lenovo, безусловно, срезала некоторые углы, чтобы сократить дуэт Chromebook до этой ценовой точки. И поскольку я работаю профессиональным ворчуном, я буду ворчать. Но в конце дня они чувствуют себя как срезанные углы — не как серьезные ошибки, которые значительно затрудняют работу устройства. И после нескольких дней использования дуэта в качестве основного драйвера я чувствую себя комфортно, говоря, что он гораздо больше похож на Surface Go с некоторыми уступками, чем на ультрабюджетный ПК. НАШ ОБЗОР Duet Chromebook ОТ LENOVO 8,5 ИЗ 10 Плюсы Ультра портативный 11-часовое время автономной работы В комплекте клавиатура и подставка для ног Вы не можете превзойти цену Минусы Тесная клавиатура и тачпад Только один порт (и это не разъем для наушников) Не хватает лошадиных сил для серьезной многозадачности По сравнению с последними iPad или более дорогими хромбуками, такими как Pixelbook Go, Chromebook Duet имеет значительные недостатки. Но эти устройства являются шагом вверх в цене (особенно если вы включаете крышки клавиатуры). Если вы ищете кабриолет в диапазоне ниже 300 долларов, у которого есть нога в обеих дверях, дуэт-лучшее, что вы найдете. Базовая модель Chromebook Duet имеет 4 ГБ оперативной памяти и 64 ГБ памяти. В стоимость входит клавиатура и подставка, чего не скажешь о Surface Go или любой другой модели iPad. Я протестировал версию за 299 долларов, которая имеет тот же процессор и оперативную память, но 128 ГБ памяти. Двадцать долларов — это не огромная разница, поэтому я рекомендую вам пойти на дополнительное хранилище, если вы можете себе это позволить-64G быстро заполнится, если вы планируете загружать много приложений, видео или других носителей. Дуэт Lenovo Chromebook Лучшие ноутбуки 2020 Lenovo Chromebook Duet Легко изменить угол наклона экрана. Помимо его головокружительной цены, главное, что нужно знать об этом Chromebook,-это то, что он маленький. При 10,1 дюйма это типичный размер для планшета, но если вы пытаетесь использовать его так, как вы использовали бы рабочий ноутбук (например, с десятками вкладок и окон рядом), все становится тесным. Я смог написать весь этот обзор на дуэте, но возвращение к 13-дюймовому 32-дюймовому экрану на моем персональном компьютере казалось совершенно новым миром. Дисплей действительно имеет соотношение сторон 1610, что я ценю, и если вы привыкли использовать 169 панелей, вы заметите дополнительное вертикальное пространство. Я все еще чувствую себя немного менее стесненным на 13-дюймовом экране 169, но это близко. Как следствие, съемная клавиатура также крошечная. Большинство клавиш не страшны для нажатия; на самом деле они немного больше, чем клавиши Surface Go, с шагом около 1,3 мм. К тесной настройке потребовалось некоторое время, чтобы привыкнуть, но после дня или около того использования устройства я смог достичь своей обычной скорости набора текста (около 130 слов в минуту). Однако Lenovo пришлось пойти на компромисс с клавишами на окраине колоды (tab, backspace, enter, двоеточие, апостроф, тире и т. Д.). Они крошечные (чуть более половины размера буквенных клавиш), и их нажатие было рутиной. Даже после использования устройства в течение нескольких дней я все еще правильно нажимал backspace примерно в 75 процентах случаев — я не могу сказать вам, сколько раз я вместо этого хлопал знаком равенства. Точно так же я очень часто нажимал enter, когда хотел нажать соседнюю клавишу апострофа. Нажатие на тире, которое находится слева от клавиши "равно", было похоже на сценарий "иголка в стоге сена", и я инстинктивно избегал использования тире в своем письме. Я предполагаю, что вы привыкнете ко всему этому, если купите Дуэт, но ожидайте крутой кривой обучения. ТЕХНИЧЕСКИЕ ХАРАКТЕРИСТИКИ LENOVO CHROMEBOOK DUET (В СООТВЕТСТВИИ С ОБЗОРОМ) MediaTek Helio P60T 4 ГБ ОПЕРАТИВНОЙ ПАМЯТИ 128 ГБ памяти 10,1-дюймовый дисплей (1920 x 1200) батарея емкостью 7000 мАч (27 Вт * ч) Адаптер 10 Вт Два динамика Два цифровых микрофона Один порт USB-C Вы не будете шокированы, узнав, что тачпад также небольшой-3,4 х 1,9 дюйма. Он прекрасно себя чувствует и грамотно прокручивается (хотя у меня маленькие руки). У меня были некоторые проблемы с щелчком и перетаскиванием (я часто прибегал к этому на сенсорном экране), и щелчки двумя пальцами иногда регистрировались как обычные щелчки. Кроме того, когда клавиатура неровно лежала у меня на коленях, она иногда поворачивалась в положение, когда кликер перестал работать (болезнь, с которой вы будете знакомы, если раньше использовали дешевые чехлы для клавиатуры). Если вы предпочитаете использовать экран, дуэт также совместим со стилусами USI. Если вы надеялись подключить кучу периферийных устройств вместо прилагаемой клавиатуры, убедитесь, что у вас есть разветвители и ключи на буксире. Дуэт имеет всего один порт USB-C, который будет занят всякий раз, когда устройство заряжается. Было бы неплохо иметь хотя бы аудиоразъем, хотя Lenovo включает в себя ключ для наушников. (Пока мы составляем списки пожеланий, будет приветствоваться еще один порт USB-C, чтобы мы могли подключить мышь во время зарядки). Дуэт Lenovo Chromebook Дуэт включает в себя подставку и клавиатуру. Дуэт Lenovo Chromebook. Снаружи на экране был сильный яркий свет. Однако при такой цене я не рассматриваю тесную периферию как ошибку со стороны Lenovo; это компромисс, который вы делаете. В обмен вы получаете довольно компактное и портативное устройство. Один только планшет весит 0,99 фунта (449g), а с клавиатурой и подставкой для ног он составляет всего 2,03 фунта (921g). И, несмотря на углы, которые были срезаны с помощью клавиатуры и тачпада, ни одна часть дуэта не выглядит и не кажется дешевой. Сам планшет изготовлен из алюминиевого сплава, который прочен и приятно держать. Обложка сделана из шикарной серой ткани — в закрытом состоянии она выглядит как классный блокнот. И клавиатура, и подставка надежно оставались на месте, пока я пользовался устройством. Дуэту действительно не хватает двухкомпонентного магнитного механизма, который Surface Go использует для удержания обеих крышек на месте, что означает, что клавиатура имеет тенденцию скользить, когда ноутбук закрыт. Опять же, углы. Еще одна область, где дуэт пробивает выше своей весовой категории срок службы батареи. Lenovo утверждает, что 10 часов; Я приблизился к 11 с половиной, запустив устройство через свою типичную рабочую нагрузку вкладок Chrome и приложений, включая Gmail, Twitter, Slack, Asana, Facebook, Документы и листы, а также случайный вызов масштабирования и потоковую передачу Spotify, с экраном средней яркости. В тот день, когда я использовал только Chrome, я получил чуть больше 12. (Lenovo, однако, экономила на зарядном устройстве; включенный в комплект 10 Вт USB-C кирпич только увеличил мощность устройства на 24 процента за час.) Есть четкое (по крайней мере, частичное) объяснение этому результату-процессор низкого класса. Lenovo использует восьмиядерный процессор MediaTek Helio P60T с частотой 2,0 ГГц. По мощности он ближе к бюджетному процессору смартфона Snapdragon, чем чипы Intel, которые вы найдете в хороших хромбуках. Учитывая это, выступление Дуэта было на удивление достойным. Если вы просматриваете несколько вкладок, транслируете Netflix или запускаете одно или два приложения, у вас не должно возникнуть проблем. Я даже смог запустить ежедневную дозу от восьми до 12 вкладок Chrome и от шести до восьми приложений для Android без особых проблем. Docs и Spotify разбились один или два раза, но это не было серьезной проблемой. Было почти невозможно сделать что-либо еще во время вызова масштабирования (хотя это может быть скрытым благословением для моих коллег). Я также запустил дуэт в течение дня использования только Chrome, и все начало замедляться примерно на 15 вкладках. Но опять же, тяжелая многозадачность-это не то, для чего предназначено это устройство (и 4 ГБ оперативной памяти, вероятно, является таким же ограничивающим фактором, как и процессор). СОГЛАСИТЕСЬ ПРОДОЛЖИТЬ ДУЭТ LENOVO CHROMEBOOK Теперь каждое интеллектуальное устройство требует, чтобы вы согласились с рядом условий и положений, прежде чем сможете его использовать, — контрактов, которые на самом деле никто не читает. Мы не можем прочитать и проанализировать каждое из этих соглашений. Но мы начали подсчитывать, сколько раз вам нужно нажать “согласиться” на использование устройств, когда мы их просматриваем, поскольку это соглашения, которые большинство людей не читают и определенно не могут вести переговоры. Чтобы использовать Lenovo Chromebook Duet, вы должны согласиться Подключение к Wi-Fi Условия предоставления услуг Chrome OS Синхронизация Chrome (перенос истории, закладок, паролей и других настроек из вашей учетной записи Google) Персонализированные сервисы Google Условия предоставления услуг Google Play Следующие соглашения являются необязательными Отправляйте диагностические данные и данные об использовании в Google Учетная запись Google Резервное копирование на Google Диск Разрешить приложениям и службам с разрешением на местоположение использовать местоположение вашего устройства Google Assistant voice match Пусть помощник покажет вам информацию, связанную с тем, что находится на вашем экране Подключение к телефону Android Итоговый подсчет пять обязательных соглашений и семь факультативных Говоря о зуме, дуэт имеет две камеры, включая 2-мегапиксельную переднюю стрелку и 8-мегапиксельную заднюю стрелку. Оба были на самом деле лучше, чем веб-камеры, которые я обычно вижу на ноутбуках. Мое лицо во время видеозвонков было четким и не особенно размытым, а камера заднего вида не делает невероятных фотографий, но прекрасно подойдет, если вам нужно сделать снимок ваших заметок или слайда PowerPoint. Двойные динамики (расположенные в верхней панели) обеспечивали удивительно хорошо сбалансированный звук, который был четким при более высокой громкости. Они не становятся такими громкими, как многие полноразмерные ноутбуки-это понятно, учитывая их размер, но это еще одна причина, по которой на этой штуке действительно должен быть разъем для наушников. Игра также была хорошим опытом. Перелистывание Легенд и Легенд о монстрах иногда заикалось, но в целом было довольно гладким. Они также выглядели четко на экране 1920 x 1200. Дуэт даже хорошо поработал с фотоработами в Lightroom. Редактирование, как отдельных фотографий, так и пакетов, не было мгновенным, но и не было мучительно медленным; этот опыт был примерно на одном уровне со среднечастотными хромбуками на базе Intel, которые я тестировал в прошлом. (Панель немного тусклая для тех, кто занимается серьезной творческой работой; яркий свет был достаточно сильным, чтобы экран было трудно увидеть на открытом воздухе). Дуэт Lenovo Chromebook. Буквенные клавиши в порядке, но внешние-это борьба. Переходя к программному обеспечению, все, что нравится людям Chrome OS в Chrome OS, здесь. Дуэт загружается быстро, интерфейс прост, вы получаете автоматическое обновление фона каждые шесть недель, у вас есть доступ к вашим любимым приложениям для Android (включая Microsoft Office) через Google Play Store, а Google Assistant может отвечать на ваши запросы и составлять вам компанию. ОС хорошо интегрирована с остальной экосистемой Google, и есть множество симпатичных способов использовать ее с вашим телефоном Android. Дуэт поддерживает мгновенную привязку, что означает, что вы можете автоматически подключать его к соединению для передачи данных вашего телефона без необходимости возиться с горячими точками. Вы также используете Android для удаленного входа и выхода из Chromebook, если он находится поблизости. И вы можете использовать Click-to-Call для отправки контактных номеров из дуэта на свой телефон. Обычные предостережения Chrome OS также применимы; Приложения для Android являются хитом или промахом, причем некоторые из них хорошо оптимизированы для Chromebook, некоторые из них в порядке, но хуже, чем их браузерные эквиваленты, а некоторые (привет, Facebook Messenger) являются абсолютными катастрофами. По - прежнему гораздо сложнее загружать приложения, чем на Android. Как только вы поймете, какие приложения вы можете безопасно использовать и что вы должны хранить в Chrome, вы сможете отлично ориентироваться в операционной системе. Но если вы новичок в Chromebook, есть кривая обучения. ПРИМЕНЯЮТСЯ ОБЫЧНЫЕ ПРЕДОСТЕРЕЖЕНИЯ CHROME OS Самое интересное здесь то, что Google также внесла несколько изменений в Chrome OS, чтобы оптимизировать его для конвертируемого форм-фактора. Google говорит, что Duet-это первое устройство, которое когда-либо запускалось с версией Chrome, которая на самом деле оптимизирована для использования на планшетах. (RIP Pixel Slate). Существует три режима типа” Режим " (когда клавиатура подключена), режим просмотра (когда подставка открыта, а клавиатура отсоединена) и режим просмотра (когда это просто планшет). (Режим просмотра и режим просмотра, по сути, одинаковы, насколько я могу судить). Функция заголовка в режиме просмотра-это новая система навигации по жестам. Длинный свайп вверх отправляет вас на начальный экран, короткий свайп вверх вызывает полку приложений, проводя вверх и удерживая показывает все открытые окна приложений. Проведите пальцем вверх, удерживайте и перетащите окно в одну сторону, чтобы разделить дисплей; проведите пальцем вправо, чтобы вернуться к предыдущему экрану. Я бы не сказал, что эти жесты были обязательно плавными — по крайней мере, по сравнению с тем, что вы увидите на iPad. Но это начало системы, которая, как я вижу, в будущем станет довольно отшлифованной, и они действительно немного упростили просмотр в режиме планшета. Ничто в дуэте Chromebook не идеально; Я мог бы весь день придираться к различным неоптимальным качествам клавиатуры, тачпада, производительности или экрана. Но Дуэт не пытается быть идеальным. Он не предназначен для опытных пользователей и не предназначен для тяжелой многозадачности. Имея это в виду, это самое близкое к совершенству, что я когда-либо видел с ноутбука-планшета за 300 долларов. Если вы ищете забавное устройство для детей, которое также может справляться с работой на дому, или портативный 2-в-1 для просмотра Netflix и отправки электронной почты на ходу, дуэт должен отлично работать. Это солидный хромбук среднего уровня 2-в-1, который не может быть таким дешевым, как сейчас. https://www.theverge.com/21262694/lenovo-chromebook-duet-review-tablet-chromebook-chrome-os-price