Menu

ABŞ İrana qarşı sanksiyaların şamil edilmədiyi 8 ölkənin adını açıqlayıb

05.11.2018, 21:47
ABŞ İrana qarşı sanksiyaların şamil edilmədiyi 8 ölkənin adını açıqlayıb

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları müvəqqəti olaraq 8 ölkəyə şamil etməyib.

“Report” TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo keçirdiyi brifinqdə bildirib.

“ABŞ Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə üçün güzəşt edib. Bu ölkələrin hər biri son altı ay ərzində İran neftinin idxalını xeyli azaltdıqlarını nümayiş edib”, - o deyib.

M.Pompeo vurğulayıb ki, may ayından etibarən İranın neft gəlirləri 2,5 milyard dollardan artıq azalıb, bu ölkənin bazarını 100-dən artıq şirkət tərk edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol