Menu

Putinin qadağası Rusiyaya zərbədi

07.08.2014, 17:28
Putinin qadağası Rusiyaya zərbədi

Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağası Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək.

Ağ Evin sözçüsü Laura Lucas Magnuson ötən gün belə deyib. Bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.

Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq. Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksei Alekseenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan "bütün növ ərzaq məhsullarının", o cümlədən "Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəz"in idxalının dayandırılacağını açıqlayıb.

ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur. Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol