Menu

Həmsədr ölkələrinin səfirləri Ermənistanda görüşlər keçirir

07.08.2014, 17:56

atetSəfirlər Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsində gərginliyin azaldılmasına çağırıblar

ATƏT-in Misk qrupunun həmsədr ölkələrinin səfirləri Azərbaycan və Ermənistanı Qarabağ münaqişəsəndə gərginliyin azaldılmasına çağırıblar.

ANS PRESS-in məlumatına görə, Rusiyanın və ABŞ-ın Ermənistandakı səfiri İvan Volıkin və Con Heffern, həmçinin Fransanın müvəqqəti işlər vəkili İzabel Qinel Ermənistan prezidentinin administrasiyasının rəhbəri Viqenom Sarkisyanla görüşüblər.

Səfirlər təmas xəttində baş verən hadisələr zamanı həlak olmuş hərbi qulluqçuların ailələrinə başsağlığı veriblər. Görüş zamanı Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə münaqişənin sülh yolu ilə nizamlanmasına xidmət edəcəyinə ümid edildiyi bildirilib.

Qeyd edək ki, Soçidə prezidentlərin görüşünün 9 avqust tarixində keçirilməsi planlaşdırılır.

Görüşlərin üçtərəfli formatda keçirilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol