Menu

Azərbaycandan İraqa gedən zəvvarların sayı artıb

06.11.2018, 13:10
Azərbaycandan İraqa gedən zəvvarların sayı artıb

Azərbaycandan bu il İraqa müqəddəs ziyarətgahlara gedən zəvvarların sayı əvvəlki illərdəkindən çox olub.

Trend-in məlumatına görə, bunu İraqın Azərbaycandakı səfiri Fadil Avad Əl Şuveyli bu gün keçirilən mətbuat konfransında deyib.

Səfir bildirib ki, İraqa gedən zəvvarlarla bağlı hər hansı bir problem yaranmayıb:

"İraqa gedən zəvvarların viza almasına köməklik göstərilib. Ümumilikdə bu ilin Məhərrəm ayında Azərbaycandan İraqa 14 min nəfərə yaxın zəvvar gedib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol