MƏMMƏDYAROVA ƏVVƏL BU SUAL VERİLMƏLİ İDİ...

Fazil MUSTAFA

Ötən həftə bütün dilsevərlərimiz elliklə düşdü xarici işlər nazirimiz Elmar Məmmədyarovun üstünə ki, Azərbaycan türkcəsində bərbad danışır. Əlbəttə, bir nazirdən tələb olunun ilk məsələ peşəkarlıq, ikincisi isə təmsil etdiyi dövlətin dilini yaxşı bilməsidir. Ancaq "dil bilmək" tələbi səsləndirilən cəmiyyətdə daha aktual sual o olmazdı ki, "Azərbaycan türkcəsini yaxşı bildiyini iddia edən mütləq çoxluğun, neçə faizi Azərbaycan türkcəsində, habelə başqa dillərdə günlük mütailə edir?".

Parklarda, çayxanalarda əksər ahıllarımız domino-nərd fəlsəfəsini oxuyurlar, həm də doğma ana dilimizi farsın dilinə bulaşdırıb "pənc-cahar", "şeş qoşa" deyibən şövqlə çığırırlar, bir adam niyə yaxınlaşıb demir ki, öz mənasız vaxtöldürmənizi niyə doğma dilimizdə gerçəkləşdirmirsiniz?

Evdar-işdar qadınlarımızın çoxu hind-türk-braziliya seriallarının, öz milli dilimizdə ruhumuzu oxşayan milli şoularımızın fəlsəfəsini təhlil edirlər, indi də xeyli sosial şəbəkə, instaqram tüfeyliliyi, internet oyun narkomanlığı baş alıb gedir, bu durumda bioloji varlığına görə Azərbaycan türkcəsinin danışmalı olan çoxluğun dil təəssübkeşliyini bu qədər qabartmasının bir anlamı qalırmı?

Əslində Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi. Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib?

Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?

Demək bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, xarici işlər nazirliyimiz səfirlik içi münaqişənin, mübahisənin Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarova bunu sormaq lazımdır e...

Ukraynanın daxili işlər naziri Arsen Avakyan vəzifəyə gələndən bəlkə də bu qədər sevinməmişdi, axı adam Azərbaycan diplomatiyasının bu təntənəsinə necə duyarsız qala bilər ki... Vəsaitin mənimsənilməsi faktı varsa, bunu Azərbaycanın hüquq-mühafizə orqanları, maliyyə nəzarəti qurumları yüksək peşəkarlıqla ortaya çıxara bilərdi, əgər keçmiş səfirə qarşı indiki səfir tərəfindən böhtan, qərəz aksiyası olardısa, yenə də məsələni aydınlaşdıra bilərdilər, ancaq mövcud səfirimizin Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi, sənədlərlə bağlı məhkəmə qərarı ilə keçmiş səfirin evindən səfirliyə aid sənədlərin götürülməsi dövlətçilik barədə danışılanların bu nazirliyimizin strukturlarında şüarçılıqdan başqa bir şey olmadığını göstərir.

Mən tərəflərdən kiminsə haqlı-haqsızlığını söyləyəcək qədər bilgiyə sahib deyiləm, sadəcə bir səfirliyin nümunəsində xarici siyasət müəssisəmizin acınacaqlı durumunu müşahidə edirəm. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?

Mənbə: Facebook

635x100

Şərhlər

Qıpçaq Məlik 2018-11-06 14:10:58

Fazil bəy, Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan xalqı və onun dövləti üçün potensial ..... qarşılaşmaq adi hal alıb. Burada hıtta çoxlu sayda erməni, rus və fars .... şübhəsizdir. Məmmədyarov və onun müavinlıri isə belə neqativ halların təşkilatçısı və iştirakçısıdırlar. İstəyirsiniz inanın, istəmirsiniz inanmayın...

Oqtay 2018-11-06 14:10:58

Bu deputat hələ bilmir ki bizim Konstitusiyada millətin adı Azərbaycanlıdır dilimizində adı Azərbaycan dilidir.Azərbaycan türkcəsi adında dil yoxdur və sən deputat əgər əminsən ki dilimizin adı sən deyəndi onda niyə curətin çatıb bu məsələni qaldırmırsan. yalandan oralar da maaş alıb baş girləyirsiniz və xalqı çaş baş salırsınız. Dilin adı Konstitusiyada referendumla xalq qəbul edib sən də xalqdan ağıllı ola bilməzsən. Konstitusiyaya hörmətin olsun

Kənar adam 2018-11-06 14:10:58

Hörmətli Fazil bəy çox güman ki, naziri milli məclisdə görə bilmir, ona görə sualını mətbuatla verir.Ancaq bu sualı çox da aktual və orijinal saymaq olmaz. Nazirliklərimizdə korrupsiyanın olması bunu yadlara şikayə etməyimizdən daha faciəlidir. İcimdən bir səs Fazil bəyin Vahid Əhmədov kimi, lakin daha üstüörtülü şəkildə E.Məmmədyarovu müdafiə etdiyini və gündəm dəyişməyə çalışdığını deyir. Bu arada, Fazil bəy, türk seriallarının digərləri ilə müqayisə edilməsi də yanlışdır.

FAZIL MUSTAFAYA CAVAB: 2018-11-06 14:10:58

1. SİZİN BU YAZINIZ NALA-MIXA VURMAĞA OXŞADI... YƏNİ Kİ: "MUS-MUS DEYƏNƏKİMİ BİR DƏFƏLİK MUSTAFA DE DA BE!" Atalar sözü 2. BİR DƏKİ BU LEKSİKONU YALNIZ MƏN YAZILARIMDA İŞLƏTMİŞƏM ÇALIŞ TƏKRAR ETMƏ-ÖZ YOLUN OLSUN EEE, AY CƏNABİ DEPUTAT: "...bunu sormaq lazımdır e…"

muzaffar 2018-11-06 14:10:58

nə qədər acınacaqlı olsa da ölkədə baş verənlərin fonunda bu 100-cü məsələdir. Fazil Mustafa belə xırda məsələlərlə gündəmdə qalmaq istəyir. sən ölkəni çürüdən regionçuluqdan, garabağsızlıqdan, korrupsiyadan, təhqiramiz maaş və pensiyalardan və s danı, əgər cürətin çatırsa! XİN nazirinin dili bilməməsi ondan irəli gəlir ki, onlar bu dilə sadəcə n ifrət edirlər, ona görədə oyrənmirlər. Sən ən yuxarıdan başla..

Fazil Mustafayevə bir sual. 2018-11-06 14:10:58

Mən bilmək istəyirəm ki,həmən mətbuat konfrandında iştirak edən xarici jurnalistlət E.Məmmədyarovun çıxışını öz dillərinə tərcümə edə bildilərmi?Cavabını gözləyirəm.

EJDER 2018-11-06 14:10:58

EH,NE GUNDEYIK BIZ.

Veteran 2018-11-06 14:10:58

Duz soze ne deyesen. Cox boyuk ehtimal ki, sefir hec nazirle "hesablawmir". Istenilen dovlet idaresinde bele wexsler var ve melumdur ki, beleleri hansi sebebden oz bawbilenlerini hec rehber yerine saymir! Yeqin bu da onlardandir!

ayzek 2018-11-06 14:10:58

Aradabir "Cırıq üçlük" otelindəki vəziyyətdən də danış!

kifayət 2018-11-06 14:10:58

Bu çıxış Fazil bəyin indiyəqədərki çıxışlarının ütündən xətt çəkdi.Doğru və mənalı.Ancaq bu çıxışı oxuyub nəticə çıxaracaq yetkili olacaqmı?

Kilimci 2018-11-06 14:10:58

Cox teshekkurler Fazil bey! Millet vekillerimizin danisha-danisha susaraq yox, bu cur aciq shekilde movqe sergilmeyini gormek cox xoshdur.

Son yazılar