«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Vaşinqtonun sanksiyalarından sonra da Böyük Britaniya İranla nüvə sazişinə sadiq qalır və bu ölkə ilə ticarət münasibətlərini dayandırmaq fikrində deyil. Bu barədə Britaniya Baş nazirinin rəsmi nümayəndəsi bəyan edib.
Noyabrın 5-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı sanksiyaları qüvvəyə minib. Sanksiyalar neft ixracı sahəsini əhatə edir. Vaşinqton bəyan edib ki, məqsədi İranın neft ixracını sıfıra endirməkdən ibarətdir və alıcıları belə sövdələrdən imtina etməyə çağırıb.
«Biz, ABŞ sanksiyalarının bərpasına təəssüf edirik. Biz, əvvəlki kimi, əminik ki, İranın nüvə sazişi dünyanı təhlükəsiz edir və İran öz öhdəliklərinə əməl etdiyi qədər də bizim mövqeyimiz əvvəlki kimi qalacaq. Biz, sazişin yerinə yetirilməsinə sadiq qalırıq. Biz, həm də İranla ticarət münasibətlərinin genişlənməsinə sadiq olacağıq və biznesi bütün üstünlüklərdən və kommersiya imkanlarından faydalanmağa çağırırıq» - deyə, Baş nazirin nümayəndəsi bazar ertəsi jurnalistlərə bildirib.
Avropa İttifaqı (Aİ), Fransa, Almaniya və Böyük Britaniya ötən cümə günü birgə bəyanat yayıblar. Sənəddə təsdiq olunur ki, onlar Rusiya, Çin və digər ölkələrlə işləməkdə davam edəcəklər və ABŞ saksiyalarına baxmayaraq, İranla effektli maliyyə kanallarının saxlanmasına çalışacaqlar.
Sənəddə qeyd olunur ki, son həftələr bu çalışmalar xeyli aktivləşdirilib...
Bundan əvvəl «Blumberq» ABŞ prezidenti Donald Tramp administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadla xəbər verib ki, ABŞ 8 ölkəyə, o cumlədən Hindistana, Yaponiyaya və Cənubi Koreyaya sanksiyalardan sonra da İran neftini almağa icazə verib.


Şərhlər