Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova ölkədə ana südü mətbəxlərinin yaradılmasını təklif edib.
“Report” xəbər verir ki, o, bu təklifi Milli Məclisdə büdcə müzakirələrində çıxışı zamanı irəli sürüb.
E.Süleymanova qeyd edib ki, aktual məsələlərdən biri də milli genefondun, ailə sağlamlığının qorunmasıdır: “Körpələrin, erkən yaşda uşaqların ana südü ilə qidalanması üçün səmərəli təşkilinə nail olmalıyıq. Ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır. Ona görə də ana südü mətbəxləri yaradılmalıdır. Bununla bağlı təcrübəmiz də var, qanunvericilik bazamız da təkmildir”.


Şərhlər
Elmira xanım gündəmdə qalmaq üçün bunu yaxşı fikirləşib. Çünki bizdə insan hüquqlar ilə əlaqədar bütün məsələlər öz həllini tapıb, bircə ana südü mətbəxlərinin yaradılması məsələsi qalıb. Fikrimcə biz südü Türkiyədən yaxud Çecenstandan idxal etsək yaxşı olar.