Menu

"Cərimələrdən yığılan pulun bir hissəsi deputatların maaşına əlavə olunsun" - TƏKLİF

07.11.2018, 13:27
"Cərimələrdən yığılan pulun bir hissəsi deputatların maaşına əlavə olunsun" - TƏKLİF

“Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı sərəncamına əsasən mayın 1-dən deputatların əmək haqları artırılıb. Bu, müsbət addımdır. Bəzi dövlət qurumlarının tətbiq etdiyi cərimələrdən əldə olunan vəsaitin 25 faizi həmin qurumlarının əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. O fikirlə razıyam ki, cərimələrdən toplanan vəsaitin 25 faizin verilməsi məsələsi ləğv edilsin, həmin vəsait büdcəyə köçürülsün”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, əgər bu sistem tətbiq olunursa, o zaman həmin məbləğin 3 faizi deputatların əmək haqqına əlavə edilməlidir: “Milli Məclis dövlətin müstəqil qurumudur”.

Şərhlər

Əsəd 2018-11-07 13:27:35

Mən təklif edirəm ki havanı karbon qazı ilə çirkləndirdiklərinə görə işləyənlərin maaşından, işləməyənlərin isə təqaüdündən ən azı 50% tutulsun və deputatların maaşına əlavə edilsin. Birdə ki onlar zərərli işə görə gündəlik təzə südlə təmin olunsun və bu iki məsələ səsverməyə çıxarılsın.

Vətəndaş 2018-11-07 13:27:35

Maraqlı təklifdir.Cərimələri vətəndaşlar öz boğazlarından kəsib ödəyirlər.Çox,hallarda cərimələr təsadüfən vətəndaşın xəbəri olmadan və əsassız təyin olunur. BU pullar yalnız büdcəyə köçürülməli ve heç kimə mükafat olmamalıdır. Büdcəyə köçürülən bu pullar yalnız az təminatlı ailələrə,aşağı məbləğdə pensiyaçıların pensiyasına əlavə edilsə daha hummanist sayılar.
Əksinəə bu pulların millətin heç bir işinə yaramayan vəkillərə verilməsi utanc vericidir Çünki onların məvacibi orta məvacibdən dəfələrlə yüksəkdir!

KİRVƏ 2018-11-07 13:27:35

Maraqli teklifdir heqiqeten.Ancaq bu pullar ilk novbede sehid ailelerine,muharibe veteranlarina,elelxusus da orduda qulluq edenlere verilerse,maaslarindan elave olaraq, Qarabagin azad olunmasi bir az yaxinlasar.Bunu dusunun ve inanin hormetli millet vekillerimiz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol