"1992-ci ildə kompüter yox idi, ona görə də sənədlər əllə yazılırdı. Sonralar əllə yazılan və möhürlü olan bütün jurnallar yığılıb, orada olan məlumatlar toplanıb və kompüterdə yazılaraq sistemə daxil edilib".
"Report" xəbər verir ki, bunu mətbuat konfransında Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini Aftandil Hacıyev deyib.
O bildirib ki, şəhid vərəsələri sığorta ödənişlərini Əmanət Bankında alıblar: "Əmanət Bankında vərəsələr üçün əmanət hesabı açılıb. Bununla bağlı da sənədlər var. Bəzi vətəndaşlar pullarını hesabda saxlayıblar ki, üstünə faiz gəlsin".
A.Hacıyev qeyd edib ki, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsində də müvafiq sənədlər saxlanılır.


Şərhlər
Şəhid vərəsələri pulu Dövlət Sığorta Kommersiya Şirkətinin (DSKŞ ) depozit hesabında saxlayıblar? Neçə faizlə? Belə çıxır, şəhidin qan pulunu DSKŞ faizlə mənimsəyib? Axı, bu faiz şəhidlərin vərəsələrinə çatsa,heç etiraz aksiyasına da ehtiyac olmaz. DSKŞ müavinindən soruşmaq gərəkdir :Niyə şəhidlərin, qazilərin qanpulunu çağında verməyiblər? Hətta məhkəmə qərarlarını da icra etməkdən imtina edirlər? Bu Avtandil Hacıyev Maliyyə Bazarlarına Nəzarət Palatasına bildirib ki, 27 fevral 2013 tarixli qərar əsasında Binəqədi icra şöbəsinin depozit hesabına 31.01.2013 tarixində,yəni 1 ay qabaq 915 manat sığorta ödənişi ödənilib. Tələbkar əlil, şəhid olduğu halda icra şöbəsinə ödəniş edilməsini bir yana qoyaq. Axı 27 fevral tarixli qərarla geri tarixə -1 ay qabağa necə borc ödənilə bilər? Bu faktlar DSKŞ-nın şəhid və əlillərin qanpulu korrupsiyasından soraq verir. Amma hüquq mühafizə orqanları bu korrupsiya faktına hüquqi qiymət verilməsini təmin etmir. . ..