Menu

Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirib

07.11.2018, 23:16
Şəmkirdə ər arvadına balta ilə xəsarət yetirib

Şəmkirdə ər həyat yoldaşını baltalayıb.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol