Menu

Mavritaniyada iki sərnişin avtobusu toqquşub: 12 ölü, 44 yaralı

08.11.2018, 00:49
Mavritaniyada iki sərnişin avtobusu toqquşub: 12 ölü, 44 yaralı

Mavritaniyanın cənub-qərbində iki sərnişin avtobusu toqquşub.Trend-in məlumatına görə, avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza nəticəsində ölənlər və xəsarət alanlar Mavritaniya, Mali və Nigeriya vətəndaşları olub.

Bildirilir ki, ölənlər və yaralananların sayı arta bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol