Menu

"Neftçi" Tiflisdə qalib gəldi (VİDEO)

08.08.2014, 00:14
"Neftçi" Tiflisdə qalib gəldi (VİDEO)

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ötən həftə Bakıda “Çixura” ilə bərabərliyə qalan (0:0) “Neftçi” Tiflisdə rəqibini məğlub edib.

Oyuna daha yaxşı başlayan təmsilçimiz 16-cı dəqiqədə Nforun uzaq məsafədən vurduğu gözəl qolla hesabı açıb. Kamerunlu hücumçu 11 dəqiqə sonra dublunu rəsmiləşdirib. Amma “Neftçi” ikinci qolun sevincini çox yaşamayıb. Cəmi 3 dəqiqə sonra Gabedava hesab arasındakı fərqi azaldıb – 1:2.

Bununla belə, “ağ-qaralar” fasiləyədək üstünlüyünü yenidən iki topa çatdırıb. Matçın ən yaxşılarından olan Nfor 37-ci dəqiqədə het-trikini rəsmiləşdirib.

Məğlubiyyətdən qaçmağa çalışan gürcülərin gücü yalnız bir qola çatıb. Həmin qolu da ikinci hissənin əvvəllərində Gabedava vurub.

Bununla, 3:2 hesablı qələbə qazanan təmsilçimiz pley-off mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Neftçi” ilə yanaşı, Avropa Liqasının pley-off mərhələsində daha bir komandamız – Çempionlar Liqası ilə vidalaşan “Qarabağ” da mübarizə aparacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol