Müharibədə Gürcüstan tərəfdən 400, Rusiya tərəfdən 160 nəfər həlak oldu
Bugün Rusiya ilə Gürcüstan arasında baş vermiş "Beşgünlük müharibə"nin 6-cı ildönümüdür.
8 avqust 2008-ci ildə gürcü qoşunları öz ərazi bütövlüyünü bərpa etmək üçün separatçı Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücum etdi. Qısa müddət ərzində Sxinvali şəhərini ələ keçirən gürcü ordusu tezliklə kapitulasiya haqqında müqavilənin imzalanacağına ümid etdiyi vaxt Rusiya tərəfi Gürcüstanı işğalçılıqda günahlandıraraq tezliklə Sxinvali şəhərini tərk etməsi haqqında ultimatum göndərdi.
Bunun ardınca Rusiya öz vətəndaşlarını qorumaq adı ilə Gürcüstana hücum edəcəyini bildirdi. İşğal zamanı Rusiya tərəfdən 150 tank və zirehli texnika iştirak etmiş, Gürcüstan ərazilərini bombardıman etmək üçün Pskov şəhərinin diviziyası cəlb edilmişdi. Beynəlxalq ictimaiyyətin səyi ilə Rusiya prezidenti 12 avqust 2008-ci ildə işğalı dayandıraraq danışıqlara başlamağa qərar verdi. Uzun diplomatik danışıqlardan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili 15 avqust 2008-ci ildə atəşkəs müqaviləsini imzalamağa qərar verdi. Müharibə nəticəsində dağılmış şəhərlərlə yanaşı Gürcüstan tərəfdən 400, Rusiya tərəfdən isə 160 nəfər həyatını itirmişdi. /ANS


Şərhlər