Menu

«Evinizə gedin!» - Poroşenko Pravoslav Kilsəsinə

09.11.2018, 00:10
«Evinizə gedin!» - Poroşenko Pravoslav Kilsəsinə

«AzPolitika.info» Ukrayna KİV-nə istinadla xəbər verir ki, Prezident Pyotr Poroşenko Rusiya Pravoslav Kilsəsinin (RPK) nümayəndələrindən Ukrayna ərazisini tərk etməyi tələb edib.

Dövlət başçısının sözlərinə görə, RPK-nin əməkdaşlarının Ukraynada heç bir işi yoxdur və onlara «Rusiyaya - evlərinə qayıtmaq» lazımdır.

«Məgər bu, normaldırmı - Kremldə Putinin sədrliyi ilə Rusiya Təhlükəsizlik Şurası toplanır və gündəlikdə də tək bircə məsələ olur - Ukraynada Rusiya Pravoslav Kilsəsini necə qorumaq olar?» - Poroşenko qeyd edib.

O, həm də ümid etdiyini bildirib ki, Ukraynada kilsə ierarxiyası təxirə salmadan «birləşdirici» yığıncaq keçirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol