Menu

Rusiya Ukraynanın bu şəhərini də ələ keçirmək istəyir - Britaniyalı polkovnik

09.11.2018, 21:57
Rusiya Ukraynanın bu şəhərini də ələ keçirmək istəyir - Britaniyalı polkovnik

"Kiyevin isə bunu dayandırmağa gücü çatmır"

Rusiyanın Azov dənizindəki addımlarının əsas məqsədi Ukraynanın Mariupol şəhərini ələ keçirməkdir.

AzNews.az Rusiya mediasına istinadla xəbər verir ki, bu fikirləri britaniyalı polkovnik, Ukraynanın milli təhlükəsizlik və müdafiə işləri üzrə institutunun eksperti Qlen Qrant səsləndirib.

Ukrayna jurnalistlərinə müsahibə verən polkovnik bildirib ki, hazırda bu bölgədə Rusiyanın böyük üstünlüyü var:

"Onların məqsədi Mariupolun bütün biznesini, infrastrukturunu dağıtmaqdır. Bu, hələlik Rusiyanın ilk addımıdır. Onlar bütövlükdə Ukraynanın cənub hissəsini ələ keçirmək istəyirlər. Kiyevin isə bunu dayandırmağa gücü çatmır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol