Menu

OPEC hasilatın sutkada 1 mln. barel azaldılması ideyası dəstəklənib

11.11.2018, 16:33
OPEC hasilatın sutkada 1 mln. barel azaldılması ideyası dəstəklənib

OPEK+ ölkələrinin əksəriyyəti neft hasilatının azaldılmasını dəstəkləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Omanın neft naziri Məhəmməd ər-Rumhi Monitorinq komitəsinin Əbu-Dabidə keçirilən iclasının kuluarlarında deyib.

"Bazar həddindən artıq doyub, hasilatın sutkada 1 milyon barel azaldılması ideyası, yaxşı başlanğıcdır", - deyə o bildirib.

Nazir əlavə edib ki, hasilatın azaldılması ideyasını Vyana sazişinin əksər iştirakçıları dəstəkləyir.

Bundan əvvəl OPEC+un oktyabrda razılaşmaya 106% əməl etdiyi məlum olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol