Menu

Kürdəmirdə 46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü

12.11.2018, 22:51
Kürdəmirdə 46 yaşlı kişi kəsdiyi ağacın altında qalıb öldü

Kürdəmir rayonunda bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, rayonun Şahbəyli kənd sakini, 1972-ci il təvəllüdlü Mansurov Aqil Şurəli oğlunun həmkəndlisinin həyətində kəsdiyi ağac üzərinə düşüb.

Hadisə nəticəsində ağır xəsarət alan A.Mansurov Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Mansurov xəstəxanada dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol