Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və  məhşur fırıldaq layihənin müəllifi Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi materialları ilə tanış olma mərhələsi başa çatıb.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.

Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərəri ödəyib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.

Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.

Qeyd edək ki,  İbahimov qardaşçları yalnız vətəndaşlara detil, dövlətə də 100 milyonlarla ziyan vurublar. Qardaçlardan biri - İbrahim Nehrəmli fantastik və fırıldaq  

İbrahim Nehrəmli “Beynəlxalq Bank işi” adını alan proses çərçivəsində DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin (MCQMBİ) zirzəmisində 10-15  gecə saxlanıldıqdan sonra, krediti ödəmək öhdəliyi götürərək azadlığa çıxsa da, bunun çox cüzi bir hissəsini qaytarıb. Hətta bir müddət sonra Beynəlxalq Banka qalan 800 milyondan artıq  borcunu qaytarmaqdan imtina edib. Xəzər dənizinin sahilində tikdiyi 4-5 yarımçıq binanı Beynəlxalq Bankdan götürdüyü kreditlərlə əvəzləmək niyyətindədir.

Bu haqda “AzPolitika.info”da geniş yazı dərc edildiyindən təkrarlamaq istəmirik. Sadəcə qeyd edək ki,  fırıldaqla dövlətin 100 milyonlarını ələ keçirən İbrahimov qardaşlarının vətəndaşlara 2 -3 milyon "atmasında" təəccüblü nəsə yoxdur. Görünür bu qardaşlar cəzasız qalacaqlarına tam əmindirlər.

AzPolitika.info