Menu

"Qarabağ" klubu azarkeşlərinə görə cərimələnib

13.11.2018, 16:24
"Qarabağ" klubu azarkeşlərinə görə cərimələnib

AFFA İntizam Komitəsi "Qarabağ" klubunu 800 manat məbləğində cəzalandırıb.

"Report" xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Qəbələ"ni 3:1 hesabı ilə məğlub etdikləri matçda Ağdam klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsidir. Eyni zamanda “Qarabağ” fanatlarının olduğu sektorda oturacaqlar sındırılıb.

İntizam Komitəsi qərara alıb ki, "Qəbələ"nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol