Paradise qəsəbəsində daha 6 cəsədin qalıqları aşkar edilib
"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları davam edir. Paradise qəsəbəsində 6 cəsədin qalıqlarının aşkar edilməsilə, yanğında ölənlərin sayı 50-yə çatıb. Hazırda dəhşətli yanğının yaxınlaşdığı ərazidə 57000 ev və iş yeri var. Verilən son məlumata görə, daha 228 nəfər itkin düşüb.
Xatırladaq ki, ötən həftədən bəri davam edən dəhşətli yanğında 7 min ev yanıb, 200 mindən çox adam ərazini tərk etmək məcburiyyətində qalıb.


Şərhlər