Xalq artisti Flora Kərimova Amaliya Pənahova ilə vida mərasimində protokol qaydalarını pozması ilə bağlı xəbərlərə münasibət bildirib.
Həmin məlumatlarda bildirilirdi ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib.
F.Kərimova Unikal.org-a zəng edərək bildirib ki, protokol qaydalarını pozmayıb: "Əvvala, mən hardan bilim ki, kim harda oturub? Sözügedən yerdə özbaşına oturmamışam. Bu işi həyata keçirən şəxslər var idi. Zala girəndə həmin yeri nəzarətçilərdən biri təklif etdi və mən də gedib sözügedən yerdə oturdum. Əgər nəzarətçi yeri göstərirsə, bu necə protokol qaydalarının pozulması sayıla bilər? Məndən əvvəl nazirin orada oturmasına gəlincə bu məsələyə də belə aydınlıq gətirəcəm. Görüntülər də var. Məndən əvvəl, bəli, nazir orada oturub. Amma, Ə.Qarayev sözügedən yerdən durduqdan sonra səhnədə çıxıb çıxış etdi, alqışladılar və o, hamı kimi cənazənin arxasınca zaldan çıxdı. Mənim 78 yaşım var. Bu yaşda mənə nə olub ki, yalan danışım! İcazə vermərəm ki, kimsə mənəviyyatıma toxunsun”.
Qeyd edək ki, mərhum aktrisa Amaliya Pənahovanın vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb.


Şərhlər
Çox hörmətli, əbədiyaşar sənətkarımız Flora xanım Kərimova Allahımızın ona bəxş etdiyi ecazkar səsi ilə gözəl lirik mahnılar ifa edərək ürəkləri fəth edib zirvələrə ucalanda hörmətli Əbülfəz müəllim Saatlı rayonunda yerləşən Əzizbəyov adına orta məktəbdə yenicə başlayıb müllim işləyirdi. Onların hər ikisinə biz zəhmətkeş pambıqçıların böyük hörməti var. Ona görə də onların bir-birlərinin yerində oturmasında heç bir qəbahət yoxdur.
Flora xanım etlk qaydaları pozmayıb və ona irad tutanlardan fərqli olaraq onun istenilen yerdə oturmağa mənəvi haqqı var. O,bunu cəmiyyətdən sənəti ilə o cəmiyyətə illərcə xidməti ilə qazanıb,sərancamla YOX.