“Azərbaycanda qadınlar və kişilərin pensiya yaş həddini eyniləşdirdik. Bu, dövlət büdcəsinə əlavə vəsait gətirdimi? Son 10 ildə yaşa görə pensiyaya çıxmanı iki dəfə dəyişmişik. Ölkədə pensiya islahatlarının müsbət nəticəsini görmürəm”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2019-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O qeyd edib ki, pensiya sistemi haqqında qanuna yenidən baxmağa böyük ehtiyac var: “Təklif edirəm ki, pensiya yaşı məsələsinə çox ciddi baxılsın. Ölkələr var ki, orada bir işləyənə bir pensiyaçı, Azərbaycanda isə bir pensiyaçıya 3 nəfər işləyən düşür. Nəyə görə biz yaş həddini 65-ə qaldırmışıq? Bu məsələ qadınlar üçün isə heç başadüşülən deyil”.


Şərhlər
Bizim kimilərin arvadı 65 yaşında çıxmalıdır pensiyaya.
Məmurlarımız bizi əzməkdən, aşağılamaqdan zövq alırlar ona görə. Xalqın miyardlarını mənimsəyən vicdansız məmurlar nəyə görə büdcəyə qənaət etmək üçün yaş həddini qaldırır, baza hissəsini ləğv edir? ...
Avazınız yaxşı gəlir,eşidən,anlayan,dəyişiklik edən olsa!Pensiyaçıların acınacaqlı həyatını anlayan var?Büdcəyə baxılır,pensiyaçılar yada düşmür, yol tikintisinə milyonlar ayrılıb yarıdan çoxu mənimsənilir,İcra hakimiyyətləri büdcəni dağıdır.heç kimin səsi çıxmır.Amma pensiyaçıların yaşayışı heç kəsi maraqlandırmır.Qiymətlər kocmik sürətlə artdığına baxmayaraq büdcədən pensiyaçılara 5-6 manat əlavə edilir.Millətin vəkilləri aldıqları maaşa əlavə tələb edirlər.Afərin Həsənquliyevə.az maaş alırmış?
Vahid müəllim,Siz Elmar məsələsindən başqa hər şeyi doğru deyirsiniz.Qadınların pensiya yaşını azaltmaq əvəzində artırmaq,həqiqətən doğru hesab oluna bilməz.Onsuz da həyatın bütün ağrıları qadınların çiynindədir.Onları pensiya yaşı ilə "yükləmək", bəlkə də cinayətdir.Əksinə,qanunları qadınların həyatını yaxşılaşdırmağa yönəltmək lazımdır.
QADINLAR 63 YAŞINDA PENSİYAYA ÇİXMALİDİRLAR.MİNİMUM MAAŞ200 MANATDAN AŞAĞİ OLMAMALIDİR
Son illər vəfat edən insanlarln böyük əksəriyyəti bu yaş həddinə çatmadan dünyalarını dəyişirlər. Səhiyyəmiz elə bir gündədir ki , vəziyyət daha da pisləşəcək. Axı bu deputatları həqiqətən də biz seçmişiksə niyə bizim deyil , yarıtmaz hökumətin istəklərinə uyğun qanunlar qəbul edirlər? Hamı onlar kimi yağ içində böyrək kimi bəslənmirlər axı.
NEYE GORE,AXI BIZ ANALOQU OLMAYAN DOVLETIK.INKIWAFIMIZDA OZ YERINDE.HAMI BIZE PAXILLIQ EDIRBELE GETSE ,BU MILLETE PENSIYA LAZIM OLMAYACAQ.NECE KI,QARABAQA LAZIM DEYIL, BU LAZIM...KEYF ELEYIN.FAIQI DE M.M. TRANSFER EDENDEN ,SONRA SIZE LAY LAY OXUYAR,WIRIN WIRIN YATARSIZ