Menu

ETSN-də İtaliya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

14.11.2018, 20:35
ETSN-də İtaliya şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari və İtalya şirkətlərinin nümayəndələri ilə Nazirliyin məsul şəxsləri arasında görüş keçirilib.

ETSN-nin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri də iştirak ediblər.

Görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol